Xəbər lenti
Müəllimlər artıq sertifikasiyadan QORXMUR: “Həyəcan sevinclə əvəzlənib”
Elm və Təhsil Nazirliyinin müvafiq qərarı ilə növbəti ildə keçiriləcək sertifikatlaşdırılma imtahanında riyaziyyat və xarici dil fənnini tədris edən müəllimləri iştirak edəcək.
Bəs, görəsən növbəti sertifikasiya imtahanlarının təşkili necə qurulmalıdır? Əvvəlki illərlə müqayiəsədə hansı əskiklər bərpa olunmalıdır?
Manevr.az bildirir ki, təhsil mütəxəssisi Nadir İsrafilov AzEdu.az-a mövzu ilə əlaqədar açıqlama verib.
N.İsrafilov bildirib ki, sertifikasiya müəllimlərin məsuliyyətini artırır, onların yeni innovativ məsələləri dərindən öyrənməsinə şərait yaradır: “Hazırda sertifikasiyanın ilk mərhələsi ilə müqayisədə həyəcanın sevinclə əvəz olunması halları müşahidə olunur. Mən dəfələrlə demişəm və bu gün də o qənaətdəyəm ki, müəllimlərin sertifikasiyaya cəlb olunması nəinki lazımdır hətta vacibdir, əlbəttə ki, obyektivlik, aşkarlıq və şəffaflıq nəzərə alınmaqla. Məlumdur ki, sertifikatlaşdırılma prosesinin keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin yoxlanılmasıdır. Eyni zamanda, sertifikatlaşdırma ilə peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənmək mümkün olur. Dünyanın bir çox inkişaf etmiş ölkələrində təkcə müəllimlərin yox, bir çox peşə sahiblərinin peşəkarlıq səviyyəsinin ölçülməsi məqsədilə onların sertifikasiyası və ya attestasiyası keçirilir.
Hər şeydən əvvəl bu prosedur Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən həyata keçirilən tədbirlərdən biri olub, əsas məqsədi müəllimləri daim inkişafda saxlamaqdır və “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən keçirilir. İkncisi, Azərbaycan Respublikasının İnkişaf Konsepsiyasında şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resurslarının inkişaf etdirilməsi ön plana çəkilmiş, müəllim amilinin təhsilalanın öyrənməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynaması, təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri, müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılığı qeyd edilib.
Buna görə də sertifikasiyaya müəllimə öz səriştələrinin inkişafını dərk etməyə kömək edən, pedaqoji mədəniyyətdə və təcrübədə dəyişikliklər prosesinə yardım göstərən, yeni səriştələrin formalaşmasına imkan verən, onlara potensial imkanlarından istifadə perspektivlərini, onların ixtisasının artırılması zərurətinin müəyyənləşdirən, pedaqoji işçilərin əmək haqqı səviyyəsinin fərqləndirilməsini təmin edən bir prosedur kimi baxmaq lazımdır. Bu məsələ həm də 2030-cu ilədək BMT-nin əsas hədəflərindən olan IV Davamlı İnkişaf Məqsədlərinə ( Keyfiyyətli təhsil) nail olunmasını nəzərdə tutur ki, məqsəd yaxın 10 il ərzində ixtisaslı müəllimlərin sayının artırılmasını təmin etməkdir”.
Ekspert bildirib ki, müəllim əməyinin qiymətləndirilməsinə yönəlik mexanizmlərin tətbiqi, sovet dönəmindən bəri tətbiq olunan bir prosedurdur: “Məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılmasına xidmət edən sertifikasia ilə bağlı nə qədər rəsmi və qeyri rəsmi açıqlamalar verilsə də, sertifikasiyanın məqsədinin müəllimləri daim inkişafda saxlamaq, bunun səriştəli müəllimlərin seçilməsi və qiymətləndirilməsinin əsas məqsəd olduğu bəyan edilsə də, sertifikasiya həm müəllimlərin bilik bacarıqlarının qiymətləndirilməsi, həm differensial əmək haqqıya keçid, həm də müəyyən mənada müəllimlərin işə qəbulu prosesinin təkmilləşdirilməsi kimi bəyanatlar səsləndirilsə də, ayrı-ayrı müəllimlər arasında müəyyən narahatçılıq və narazılıqlar hələ də qalmaqdadır. Yaşlı və orta nəslin nümayəndələri yəqin xatırlamamış deyillər ki, o zamanlar keçirilən attestasiyanın nəticələrinə əsasən müəllimlərə rəğbətləndirmə vasitəsi kimi ali, I, II və III kateqoriyalı dərəcələr belə verilərdi. Məsələn, ali kateqoriyalı müəllimin əmək haqqı 1-ci kateqoriyalı müəllimdən, 1-ci kateqoriyalı müəllimin əmək haqqı isə, II kateqoriyalı müəllimdən yüksək olur. Müəllimlərin son attestasiyası 1994-cü ildə keçirilib”.
Həmsöhbətimizin sözlərinə görə sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil, müəllimləri daim inkişafda saxlamaqdır: “İstər diaqnostika olsun, istər attestasiya və ya sertifikasiya – qiymətləndirmə olub və olmalıdır. Bəzi müəllimlərin narahatçılıq keçirməsinə və narazılıq bildirməsinə elə də ciddi səbəb görmürəm. Təqdiredici haldır ki, sertifikasiyanın ilkin mərhələsi ilə müqayisədə son vaxtlar gərginliyin azalması fonunda iştirakçıların nəzərəçarpacaq fəallığı, imtahanlara qatılanların say artımı müşahidə olunur. Belə ki, direktor və direktor müavinləri seçimində sertifikasiya balının nəzərə alınacağı. eyni zamanda məktəbəsaslı metodist xidməti üçün sertifikasiyadan keçən müəlliımlərə üstünlük veriləcəyi, əvvəlki sertifikasiya imtahanında uğur qazanmayan müəllimlərə də təkrar imtahan vermələri üçün şans veriləcəyi kimi stimullaşdırıcı tədbirlər öz müsbət nəticəsini göstərməkdədır. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun “Müəllimlərin təkrar sertifikayasından keçməyən 743 müəllimdən təxminən 130 nəfər ümumi və məktəbəqədər təhsil müəssisələrində müxtəlif işlərlə təmin olunub”- açıqlaması da hesab edirəm ki, müəllimlərin sertifikasiya imtahanı xofunun aradan qaldırılmasında heç də az təsirə malik olmayacaq. Qoy həmin şəxslərə verilən işlər bilavasitə pedaqoji fəaliyyətlə bağlı olmasın, təki uzun illər ömrünü bu peşəyə həsr edən, hansısa obyektiv və ya subyektiv səbəbdən uğursuz nəticə göstərən müəllim işsiz qalmasın”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar