Xəbər lenti
Bircə nəfəslikmiş yer - göy arası - ŞEİRLƏR

Özbəkistan Respublikasının Əməkdar mədəniyyət işçisi
“SƏADƏT” dərgisinin baş redaktoru.
Münəvvərə Osmanova Özbəkistan Respublikasının Əməkdar mədəniyyət işçisi və "SƏADƏT" dərgisinin baş redaktoru olaraq, həm də dərin poetik təfəkkürü və ədəbiyyata olan böyük sevgisi ilə tanınan bir şairdir.
Onun şeirləri, insan ruhunun incəliklərini, həyatın çətinliklərini və gözəlliklərini bədii cəhətdən əks etdirərək, oxucusunu həm emosional, həm də intellektual olaraq dərindən təsirləndirir.
Münəvvərə Osmanovanın yaradıcılığı, insanın daxili mübarizəsini, sevgi və vətənə olan bağlılığını, həmçinin əbədi insanlıq dəyərlərini yüksək poetik dillə ifadə edir.
M. Osmanovanın şeirlərində, sevginin əzəmətini, dünya və insan təbiətinin mürəkkəbliyini, həmçinin vətənin və xalqın müqəddəsliyini şair çox ustalıqla təhlil edir. O, həmçinin özünün mənəvi mübarizəsini və qarşılaşdığı çətinlikləri poetik bir dildə əks etdirir.
Şeirlərindəki zəngin məna qatları, oxucusunu dərindən düşünməyə sövq edir, insanın daxili dünyasını kəşf etməyə çağırır.
Şairin poetik üslubu, həm müasir, həm də klassik elementləri özündə birləşdirən təzadlı bir üslubda formalaşır.
Münəvvərə Osmanova, həm də şeirində millətini, xalqını və ənənələrini böyüklük və fərəh ilə tərənnüm edir, eyni zamanda insanlıq adına ən gözəl duyğuları və arzuları oxucusuna çatdırmağa çalışır. Onun şeirləri, yalnız ədəbiyyatsevərlərin deyil, həm də insan ruhunun dərinliyinə enmək istəyənlərin diqqətini çəkir.
Şairin şeirlərində ən çox rast gəlinən mövzular arasında sevgi, həyatın mənası, insanın öz daxili dünyasında etdiyi səyahət və vətənə olan sevgi yer alır. "Saf sevgi sönməz", "Dünya", "Ovçu", "Sən belə bir xalqı hardan taparsan?" və "Özümə dözüm dilərəm" kimi şeirlər, şairin həyatın müxtəlif aspektlərini necə qavrayıb ifadə etdiyini göstərir. Məsələn, "Saf sevgi sönməz" şeirində sevgi yalnız bir hissiyat deyil, eyni zamanda bir insanın mənəvi həyatının əsasını təşkil edən və həyat boyu sönməyən bir əzəmət kimi təsvir edilir.
Bu şeir sevginin insan həyatında necə möhkəm bir dayağa çevrildiyini və onun insana verdiyi həyat gücünü gözəl şəkildə çatdırır.
Şairin yaradıcılığında həm müasir, həm də klassik elementlər birləşir. O, insanın və cəmiyyətin problemlərini, sevgi və ümidlə bağlı dərdlərini həm sadə, həm də dərindən düşündürən bir şəkildə dilə gətirir.
Şairin poetik üslubu çox təzadlıdır – bir tərəfdən, çox sadə və təbii bir dildə yazsa da, digər tərəfdən, şeirə özünəxas bir dərinlik qatır.
Bu üslub, oxucuda təkcə emosional təsir yaratmaqla qalmır, eyni zamanda onları daha dərin fəlsəfi düşüncələrə sövq edir.
Münəvvərə Osmanova, yalnız ədəbiyyatsevərləri deyil, həm də həyatın mənasını axtaran, insan ruhunun və cəmiyyətin ən incə tərəflərini dərk etməyə çalışan hər kəsi təsirləndirə biləcək bir şairdir.
Onun şeirləri, oxucusunu yalnız estetik zövq almağa deyil, həm də daha böyük düşüncələrə – sevgi, vətən, insanlıq, mənəviyyat və həyatın əsl məqsədi haqqında düşünməyə təşviq edir.
Şairin əsərləri, insanın daxili dünyasını anlamağa çalışan hər bir şəxs üçün dəyərli bir qaynaqdır.

Cahangir NAMAZOV,
Azərbaycan Jurnalistlar Birliyinin və
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.
HƏSRƏT
Həsrətin rəngini soruşun məndən –
Sapsarı – saman.
Görmüşəm həsrətin evini də mən –
Koması viran.
Yolçuluğu var həsrətin – yeriyən -
Həddi yox, yaman.
Çiçəyi var həsrətimin - sevilən -
Adı - zəfəran.
Çuxası var həsrətimin – geyilə,
Min yamaq alan.
Belə həsrət olsa əgər mənimlə,
Bağrı dolu qan.
Gəlməyə başlayar, izn almadan,
Kasıb ol, ya xan.
Nə qədər alçaltsan, nə qədər qovsan,
Küçəmdə yatan.
Canıma yeridi, incitdi ruhu,
Ah, həsrət – ilan.
Bilmirəm mən qulu tərk edərmi bu,
Çıxan zaman can...
***
Mərd ola bilmədim, bağışla, ata,
Özümü məhv edir, küsməyim, acım.
Özümü enməyə yetmədi gücüm,
Bağışla, ata...
Mərd ola bilmədim, bağışla, ana,
Qına, ədavətdən olmadım xilas,
Sakitcə durmuşam, könlüm qaranlıq,
Şad gəlib keçənə içimdə həvəs,
Bağışla, ana...
BAĞ
Yer beləcə dalaşıb, vuruşdu,
Zərbdən tənəyin qəddi büküldü,
Yanağı titrədi, üzü bürüşdü,
Qəzəbdən yarpağı töküldü.
Uca qovaq ortaya girib,
Əncir durub bağrı əzilmiş.
Hər ikisinə acıq verib
Xurma baxır, gözü süzülmüş.
Bağrı qan qovğadan narın,
Yola düşdü, bəlkə bir çarə bildi.
Yerin tapıb, almaya eşqin
Dedi, heyvanın üzün sildi.
Üstündə yetişmiş meyvəsi,
Tənək halsız uzanıb torpağa.
Sezmədilər bağın ətəyindən
Bağban əlində balta, girib bağa.
***
Bu dünya mənzili bir dəhliz qədər,
Sevgimiz də ona hədiyyə gedər.
Hesabın apardım ötən ömrümün,
Savabım vardırmı, könnəyə yetər?
Atalar pir olar, analar qılman,
Birisinə pənah, biri mehriban.
Varsa, qulluq edin, yoxsa ziyarət,
Biri ali cənnət, o biri qoruyan.
SAF SEVGI SÖNMƏZ
Sevmək – bu, dörd fəsil titrəyən candır,
İztirab içində qalmaqdı sevmək.
Allahdan verilən böyük bir ənam,
Rəbbin nəzərində olmaqdı sevmək.
Sevmək – köksündəki quşa inanıb,
Göylərə uçmağa can atmaq demək.
Sevilmək – alışıb, ulduztək yanıb,
Ən gözəl qadınla bir olmaq demək.
Sevmək – bu, igidlik, istəsə yarın -
Ömrü əzizini çatdırmaq ada.
Sevilmək – cəsarət, qəlbdə vüqarın -
Tənha güc göstərmək bir qoşun yada.
Yarım, dözməliyik artıq, azına,
Eşqi təşvişlərə dəyişmək olmaz.
Düşəndə bir düşdük həyat toruna,
Saf sevgi yüz ilə sönməz, azalmaz.
DÜNYA
Əsil dünya məndən də qərib,
Daş dəyməkdən zəif, incəlib.
Yalan deyə, vəfasız deyə,
Tərk edərlər, qalar qəm çəkib,
Bir dosta kef, bu miskin dünya –
Aləm üçün yaşamağım gərək.
Olarmıdı dünyaya üstün,
Tapılsaydı bir bağrıbütün?
Qalxan olaq qismət oxuna,
Əzabımdan tüsü çaxsa, mümkün
Ürək verdiyinə ömrünü verən
Anam üçün yaşamağım gərək.
Nur olmasa, pöhrələr bitməz
Əsən küləklərə tab etməz,
Civildəşər dövrəmdə giryan.
O sevinsə, varlıq sevinər,
Qara qəlbə nur saçan ayım –
Balam üçün yaşamağım gərək.
Dərdi yoxun könlü – bir kəsək.
Sığırçından fərqi yox – bişək
Qəlb dibində sitəm çox, amma
Bu dünyadan ummaram istək
Sinəm içində könlü yer almış
Sənəm üçün yaşamağım gərək.
Yaxşı-yaman günümdə həmkar,
Alar dərdimi, gələndə azar.
Nadan dost satqın çıxsa da,
Tərk etməyən qardaşım var.
Səs salanda söykəndiyim əsa
Qələm üçün yaşamağım gərək.
Büsatım yox, sözüm hədiyyə,
Var olan oğlum, qızım hədiyyə.
Qismətimdə hər şeyi gördüm,
Dost tapmadım, özüm hədiyyə.
Canımın içində yaşayır bu el –
Vətən üçün yaşamağım gərək!
OVÇU
Uçan quşa dəysə ovçunun oxu,
Qanadı qırılmış yerə gələndi.
Bircə nəfəslikmiş yer-göy arası,
Bunu adam bilməz, quşlar biləndi.
Nursuz baxışında yalvarış, ələm,
Səs salıb yol gözlər balaları ac.
Ovu olduğuna sevinər adam,
Laylalar söyləyər qoca qarağac.
Bir udum yeməkçün belə cəhalət,
Quşu, yuvasın da yandırar qada.
Ovçu əməlindən olmaz xəcalət,
Onu it ağzından almış olsa da.
SƏN BELƏ BİR XALQI HARDAN TAPARSAN
Ey qaranquş, tələsirsən haraya,
Oxuyursan, nə qəm düşüb araya?
Eyvanında quş tikdiyi yuvaya
Baxıb qalan xalqı hardan taparsan?
Yuvasından həşəm düşsə, haylayıb,
Öz yerinə qaytarmağı iş sayıb.
Balaların uçuşunu gözləyib,
Sadiq duran xalqı harda taparsan?
Bu bir el ki, qəlbi genlikdə xatəm,
Yeddi dəfə ölçüb, atmaqda qədəm.
Qəlbinin evinə üz versə də qəm,
Gülüb baxan xalqı harda taparsan?
Bircə gün gəlməsə evinə qonaq,
Canın həlak edər, kefsiz olaraq.
Quşlar oxuyanda, gecələr ancaq.
Çörək yapan xalqı hardan taparsan?
On olsa – hərənin yeri tək deyər,
Bir gün olar mənə o, dirək deyər.
Oğul el işində var, gərək deyər -
Deyib doğan xalqı harda taparsan?
Elinə baş çəkər gələndə bahar,
Sağlamlıqdır deyib, evin ağardar.
Gözünə gül-çiçək tutub da ağlar,
Belə bağban xalqı hardan taparsan?
Hal sorsan, süfrəsin açacaq dehqan,
Ömründə bir dəfə deməyib yalan.
Yerin göbəyini üzməyə imkan,
Qüvvə tapan xalqı hardan taparsan?
Hər övlad odur əzəldən məkan,
Zəhmət çəkib tapar xoşbəxtliklə şan.
Özü dirək durar, özü də tavan,
Belə olan xalqı hardan taparsan?
Quzğuna, qartala tor qurmaz ancaq,
Fikrini xətadan saxlayar uzaq.
Qonşusu öləndə qırx gecə çıraq,
Yandıran xalqı sən hardan taparsan?
Qaranquş, ey belə tələsən sənəm,
Getmə, qarlar yağa, bunun nəyi qəm?
Quşun yuvasına gecələrdə şəm,
Çıraq tutan xalqı hardan taparsan?
Sən belə bir xalqı hardan taparsan?..
ÖZÜMƏ DÖZÜM DİLƏRƏM
Mənə gah əndişə, gah öyüd verər,
Nadanın yalanın susub, dinlərəm.
Ürəyimdə şimşək çaxıb dursa da,
Fağırtək arxada qalar, dinmərəm.
Ruhum qəfəsində başlanar üsyan,
Məhkum eləyərəm özümü özüm.
Haqsızları Haqqa tapşırıb, yanıb,
Bağrı qan ürəyə dilərəm dözüm.
Azərbaycan dilinə uyğunlaşdıran: Şahməmməd Dağlaroğlu.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar