Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Verilişi bağlanan Tolik: “Tərbiyəsizliyin qurbanı oldum”

Tarix: 08-03-2020 13:53     Baxış: 3171 A- / A+
Verilişi bağlanan Tolik: “Tərbiyəsizliyin qurbanı oldum”

Prodüser Tarix Əliyev (Tolik) “Hər şey daxil” verilişinin bağlanmasından danışıb.

O, Ruhi Əliyevanın təşəbbüsü ilə çəkilən “Ağır Romantik” filminin qala gecəsində jurnalistlərin suallarını cavablandırıb.

“Elza xanım canlı yayıma bağlanmaq istədi və mən bunu təşkil etdim. O, Mətanət Əsədovanın oxuduğu mahnıdan bir sitat gətirdi - “at ilə ulaq məsələsi”. O, “Mətanət xanım at ola-ola, özünü ulaq yerinə qoyub” ifadəsini işlətdi, bu da Mətanət xanımın xoşuna gəlmədi. Qarşılığında o da Elza Seyidcahana qarşı qeyri-etik söz istifadə etdi. Buna görə də Murad müəllim veriliş bitən kimi böyük bir iclas keçirdi. İclasda verilişin bağlanmasına qərar verildi. Əsas hər şey yaxşı bitdi. Çox xoşbəxtəm ki, mən yenə də “Xəzər” ailəsinin üzvüyəm”,- deyə Tolik bildirib.

Sonda tanınmış prodüser müğənnilərə ismarıc göndərməyi də unutmayıb.

“Buradan müğənnilərə demək istəyirəm ki, mən sizin hər birinizi yaxşı tanıyıram, iç üzünüzü bilirəm. Amma bu dəfə mən sizin qurbanınız oldum. Sizin tərbiyəsizliyinizin qurbanına çevrildim”, - deyə prodüser vurğulayıb.

Qeyd edək ki, “Hər şey daxil” verilişində Elza Seyidcahan və Mətanət Əsədova arasında qalmaqal yaşanıb. Bundan sonra kanalın rəhbəri, Xalq artisti Murad Dadaşov verilişin bağlanması haqqında qərar verib.ölkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar