Xəbər lenti
Əlisəmidin ələyi
***
Əlisəmid Kürü gördüm bu gün metroda
Hər zamankı kimi dürüstlük, doğruluq qoxuyurdu.
Bir qartal süzürdü alnının qırışında
Ruhunda orkestr himn oxuyurdu.
Tərəzisi düz çəkirdi hər zamankı kimi
İnsanlığı, etibarı, sədaqəti...
Dəqiq çəkir onun tərəzisi
Dəyişməmişdi,
Təkcə saçının ağlığı
Bir az da alnının qırışı artmışdı.
Bir az müdrikliyi, təmkini,
Bir az özüylə vuruşu artmışdı.
İçkini atmışam – dedi –
Bəsdi, yetmişə çatmışam – dedi;
...Ələyindən keçənlərdən,
Keçməyənlərdən danışdı.
Dirilik suyunu içənlərdən
İçməyənlərdən danışdı.
...Qatar da sürəti azaltmışdı,
Bəlkə də ilk dəfə
İşləmirdi, dincəlirdi, yaşayırdı qatar.
Fərqində idi;
Əlisəmid Kürü daşıyırdı qatar.
“Nəriman Nərimanov”da hamını düşürdü.
Qatar depoya
Əlisəmid işə getdi.
Yox, yox,
Ağ saçlı “Kentavr” döyüşə getdi...
...Gördüm ki;
Əlisəmidin ələyindən keçmək
Dirilik suyunu içmək kimidi.
Qıl körpüsündən keçmək kimidi;
Əlisəmidin ələyindən keçmək...
Onun əngin dünyasında
Azadlıq var, zülüm yoxdu,
Əlisəmidin ələyindən keçənlərə ölüm yoxdu...
Namiq Hacıheydərli
23 aprel 2024
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar