Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Space” TV-yə məhkəmədə qalib gələn Zamirə kanalın rəsmi əməkdaşı oldu – ŞƏKİL

Tarix: 23-04-2024 19:12     Baxış: 3197 A- / A+



""Space" televiziyası ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi. Artıq mən "Space" televiziyasının rəsmi əməkdaşı hesab olunuram". 
Manevr.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkə hesabında paylaşdığı postda yazıb. 
"Space" telekanalı ilə məhkəməlik olub və qalib gələn Zamirə bildirib ki, artıq sözügedən televiziyasının rəsmi əməkdaşıdır: 

""Space" televiziyası ilə əməkdaşlıq edib-etməyəcəyimi isə zaman göstərər. Bu gün özlərinə də dedim. Sabah kimin harada olacağı bəlli deyil. Mən "Space" televiziyasına qayıtdım, amma sabah Vado Korovinin kanala rəhbərlik edib-etməyəcəyi bəlli deyil. Elə mənim də sabah hansı vəzifələrdə ola biləcəyim sual altındadır. Bircə onu deyirəm ki, Allah heç kimi heç kimin yanında xəcalətli etməsin. Bir-birimizi görəndə atdığımız addımlardan utanmayaq. Üzlərə baxmağa üzümüz olsun. Bu da bir hekayənin sonu. Gözəl başlanğıclar arzusu ilə..."
Qeyd edək ki, Zamirə Dadaşova "Space TV"nin rəhbəri Vado Korovin tərəfindən heç bir xəbərdarlıq edilmədən işdən çıxarıldığını, daha sonra isə əmək kitabçasının ona verilmədiyini bildirmişdi. Zamirə daha sonra onu məhkəməyə vermişdi. Aparıcı daha sonra məhkəmədə qalib gəldiyini açıqlamışdı.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar