Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Tarix: 25-04-2024 10:19     Baxış: 360 A- / A+
Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır 
Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür.
Manevr.az xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə  bahalı hədiyyə verməklə ad çıxarıb. 
Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik.
Airbus lüks təyyarəsi (A319)

Milyarder həyat yoldaşı Nitanın 55 illik yubileyi üçün ona dəyəri 28 milyon dollardan çox olan şəxsi təyyarə hədiyyə edib. Təyyarədə, xüsusi ofis, gözəllik salonu, musiqi sistemləri və peyk televiziyası var.
Rolls-Royce Cullinan Black Badge

Keçən il Divali bayramında Mukeş həyat yoldaşı Nitaya narıncı rəngli ultra dəbdəbəli “Rolls-Royce Cullinan Black Badge” avtomobili
hədiyyə edib. Bu bahalı maşın milyarderə təxminən 1 milyon 200 min dollara başa gəlib.
Xüsusi qarderob

Dörd uşaq babası olan Mukeş nəvələrinə yəni qızı İşa Ambaninin əkiz övladlarına “Dior” və “Chanel” də daxil olmaqla dəbdəbəli brendlərin paltarları ilə dolu xüsusi qarderob hədiyyə edib.
“Bentley Continental GTC” 

Mukeşin oğlu Anant 2022-ci ildə Radhika Merchant ilə nişanlananda onlara dəyəri yarım milyon dollardan çox olan dəbdəbəli Bentley Continental GTC Speed avtomobili bağışlayıb.
22 mərtəbəli bina

2023-cü ilin aprelində Mukeş köhnə dostu Manoj Modiyə 15 milyard dollar dəyərində 22 mərtəbəli bina hədiyyə edib.
“Palm Jumeirah” sahilində villa

Mukeş 2022-ci ildə oğlu Anant üçün “Palm Jumeirah”da 3000 kvadrat metrlik dəbdəbəli malikanə alıb.lent.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar