Xəbər lenti
Nadir İsrafilov: “Universitetlərin siyahısının dərc edilməsi diplomların tanınmasında irəliləyişə səbəb ola bilər”
Nadir İsrafilov
Təhsil eksperti
Son illər Nazirlər Kabinetinin təsdiqlədiyi “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qayda”sında əksini tapan yenii tələblərə əsasən bir çox baryerlərin aradan qaldırılması nəticəsində diplomların tanınmasından imtina sayında azalma müşahidə olunsa da, bu kimi hallar hələ də müşahidə olunmaqdadır.
Agentlik sədrinin Medianın İnkişafı Agentliyi ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin media nümayəndələri üçün birgə keçirdiyi tədbirdə də qeyd etdiyi kimi "hələ də diplomların tanınması məsələsində meyarlara uyğun olmayan tələbələr var. Müşahidələr göstərir ki, vətəndaşın xarici ölkələrə üz tutanda, universitetləri araşdırması zəruridir.”
TKTA rəsmisinin də etirafına görə diplomların tanınması məsələsində imtina cavablarının əsas səbəblərindən biri müvafiq universitetin akkreditasiyasının olmamasıdır. Bu mənada xaricdə oxumağa gedən şəxs, ilk növbədə “o ölkənin diplomu Azərbaycanda tanınacaqmı?” sualına cavab tapmalıdır. Belə ki, bir çoxları nüfuz xətrinə, “təki xaricdə oxuyum” deyənlər çox vaxt nəticəni düşünmürlər. Xaricdə təhsil seçimi edərkən ölçüb-biçmək lazımdır ki, qayıdanda diplomların tanınmaması problemi ilə üzləşməyəsən. Bir çox məzunlar müəyyən vasitəçi şirkətlərin vədlərinə aldanaraq, xarici ölkələrə üz tuturlar. Baxmayaraq ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində “heç bir şirkətlə əməkdaşlıq etmədiyini” və bu şirkətlərin fəaliyyətinə görə “heç bir məsuliyyət daşımadığını” dəfələrlə bəyan edib. .
Hazırda dünya ölkələrinin praktikası nəzərə alınıb. Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqinə dair tələblər müəyyənləşib. Bu tələblər Yerləşdiyi ölkədən asılı olmayaraq, burada universitetin lisenziyasının olması, hüquqi statusa malik olması və normal şəraitdə fəaliyyət göstərməsi önəmlidir.
Ədalət naminə deyək ki, kortəbii seçimdə təkcə məzunları günahlandırmaq da düzgün olmazdı. Hesab edirəm ki Təhsildə Keyfiyyət Təminatı
Agentliyi tərəfindən diplomu tanınmayan universitetlərin siyahısını qabaqcadan dərc edilməsi və diplomların hansı səbəbdən tanınmaması ilə bağlı müvafiq ekspertiza nəticələrini saytında yayımlaması, o cümlədən də diplomların tanınması məqsədilə həyata keçirilən ekspertiza çərçivəsində tətbiq olunan yanaşmaya edilən yeni dəyişikliklər çeviklik və mobilliyin təmin edilməsi, uzun illərdən bəri bu sahədə yaranan boşluqların aradan qaldırılmasında müəyyən irəliləyişə səbəb olmaqla yanaşı, həm də məzuna “gedəcəyim ölkənin diplomu bizim ölkəmizdə tanınacaqmı?” sualına cavab tapmaqda ona yardımçı olacaqdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar