Sizin Reklam Burada
Xəbər lenti
16-05-2024
BÜTÜN XƏBƏRLƏR

Başçıdan mikrafonla danışmasını istədi, cəzalandırıldı

Tarix: 02-05-2024 22:31     Baxış: 358 A- / A+


İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin Muradxanlı kəndində keçirilən qəbulundan sonra iştirakçılardan biri saxlanılıb.

Həmin şəxs kəndin 1961-ci il təvəllüdlü sakinidir və fermerdir.

İkinci dərəcəli əlil olan həmin şəxs Elçin Rzayev çıxış edərkən xəstəliyinə görə onu eşitmədiyi üçün mikrofonla danışmasını tələb edib. Bundan sonra icra başçısının göstərişilə fermer ön sırada əyləşdirilib və sonadək iclasda iştirak edib.

İclas başa çatandan sonra İmişli rayon Su kanal İdarəsinin direktoru Dəyanət Kazımov fermerə etdiyi hərəkətə görə etiraz bildirib. Direktor onun torpaq sahəsinə su verilişini təmin edən boruları çıxararaq, bundan sonra suyun verilməsini dayandıracağı ilə hədələyib.

Bu səbəbdən o, idarə rəisi ilə mübahisə edib və müvafiq şikayət əsasında saxlanılıb. Fermerə İnzibati Xətalar Məcəlləsinin 510 maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə rayon sakini İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsində təqsirli bilinib, 100 manat cərimə edilib.

Qeyd edək ki, 18.04.2024-cü il tarixdə qrafikə uyğun olaraq İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tərəfindən rayonun Muradxanlı kənd sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirilib. Səyyar qəbulda icra başçısı ilə yanaşı, rayonun əlaqədar xidmət təşkilatlarının rəhbər işçiləri də iştirak ediblər. qaynarinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar