Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qərbi Azərbaycan Xronikası: Böyük Səlcuq dövlətinin irsini yaşadan Kəsəmən kəndi - VİDEO

Tarix: 05-05-2024 09:52     Baxış: 3383 A- / A+
Qərbi Azərbaycan Xronikası: Böyük Səlcuq dövlətinin irsini yaşadan Kəsəmən kəndi - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.
Manevr.az xəbər verir ki, “Tarixdə iz buraxan Qaraiman bəyliyinin izləri” adlı bugünkü buraxılış Göyçə mahalının, Basarkeçər (Vardenis) rayonunun Kəsəmən kəndinin tarixi, irsi, etno-mədəniyyəti, adətləri, türbə və abidələri, toponimləri araşdırılıb.
Bildirilir ki, Kəsəmən kəndinin əsası XVI əsrdə Qazax mahalının Qıraq Kəsəmən kəndindən Göyçə mahalına gələn Şeşəlilər tayfasının banisi Şeşə Əlinin oğlanları Emin və Səfər qardaşları tərəfindən qoyulub. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına qədər 2 dəfə dəyişdirilib. 1500-cü ildən 1978-ci ilə qədər Kəsəmən, 1978-ci ildən 1988-ci ilin dekabrına qədər Bahar olub. Kəndin ilk adı Kəsəmən toponimi isə Qazağın Qıraq Kəsəmən kəndinin adı ilə bağlıdır və Kəsəmən tayfasının adını əks etdirir.
Qeyd olunur ki, zəngin coğrafiyaya malik kənddə Alban türklərinin yaşamasını sübut edən kilsə olub. Kəndin şimal hissəsində Ocaq təpəsi adlanan müqəddəs ziyarətgah dini abidələrdən biridir. Kənddə çox sayda adları türk toponimlərindən ibarət yurd yerləri var. Kənddə yaşayan azərbaycanlılar 1919-cu, eləcə də 1988-ci ildə tarixi-etnik torpaqlarından qovulublar.
Süjetdə səlcuqların hansı əsas qollarından birinin Göyçədə yaşamasına, Böyük Səlcuq dövlətinin irsini yaşadan Kəsəmən kəndinin tarixində Səlcuq, Qaraiman bəyliyinin izlərinə aydınlıq gətirilir, həmçinin Kəsəmən sakinləri ermənilərin kənddə türbələri necə dağıtdığını kədərlə danışırlar.
Ümumiyyətlə, “İrsimiz” layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.


 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar