Azərbaycanda unun topdansatışı ilə məşğul olan şirkətlər tərəfindən verilən məlumata görə hazırda 50 kiloqramlıq un kisəsinin qiyməti 24,6-26,7 manat arasında dəyişir.
Manevr.az xəbər verir ki, təxminən 25 gün əvvəl 50 kiloqramlıq un kisəsinin qiyməti 26-28,5 manat arasında dəyişib. Açıqlanan məlumatlardan da göründüyü kimi, son 25 gün ərzində unun topdansatış qiyməti 6%-dən çox ucuzlaşıb.
Qeyd edək ki, hazırda 50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə – 24,6 manata “Dəvəçi-Taxıl” MMC, ən baha qiymətə – 26,7 manata “Azeri-Arapoğlu U.S və T.LTD” BM satır.
Məlumat üçün bildirək ki, ötən ilin yanvar ayında topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti 37-38,5 manat arasında dəyişib.
Rəqəmlərdən də göründüyü kimi, ötən ilin yanvar ayından bu ilin aprel ayına kimi olan dövr ərzində 50 kiloqramlıq un kisəsinin qiyməti 33,5% ucuzlaşıb.
Maraqlıdır ki, ötən ilin əvvəlindən bu günə kimi unun qiymətində 30%-ə yaxın ucuzlaşma olsa da, çörəyin qiymətində ciddi dəyişiklik olmayıb.
Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumata görə, ötən ilin yanvar ayında 1 kiloqram çörəyin qiyməti 1,34 manat olub. Bu ilin aprel ayının əvvəlinə olan rəsmi məlumatda isə göstərilir ki, 1 kiloqram çörəyin qiyməti 1,19 manat təşkil edib.
Açıqlanan rəsmi məlumatdan da göründüyü kimi, ötən ilin yanvar ayından bu ilin aprel ayına kimi 1 kiloqram çörəyin qiyməti cəmi 11% ucuzlaşıb.yeniavazcom
Xəbər lenti
Unun qiyməti ucuzlaşdı – Çörəyin qiyməti dəyişməz qaldı
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























