Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
16-05-2024
BÜTÜN XƏBƏRLƏR

Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil

Tarix: 03-05-2024 21:51     Baxış: 474 A- / A+
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - FOTOABŞ-nin Los-Anceles şəhərində mağazanın dayanacağında adamyeyən görüntülənib.

29 yaşlı evsiz Kolin Çex ərzaq mağazasının dayanacağında tanımadığı şəxsə hücum edib. O, kişinin başını asfalta çırpmağa başlayıb, sonra isə əyilib onun üzünü yeməyə başlayıb. Hadisənin şahidləri polisə müraciət ediblər. Polis əməkdaşları hadisə yerinə gələndə Çexin qurbanın üzərinə əyildiyini görüblər. Onun əlləri, üzü və paltarları qan içində olub. Sonradan məlum olub ki, Çex kişinin qulağını və gözünü yeyib. Qurbanın daha sonra Kennet Braun olduğu müəyyən edilib: onu xilas etmək mümkün olmayıb. Braun başının asfalta çırpılması nəticəsində aldığı travmalardan vəfat edib.

Çex həbs olunarkən hüquq-mühafizə orqanlarının əməkdaşlarının heç bir sualına cavab verə bilməyib. Cinayətkar nəzarət altına götürülüb, sonra isə huşunu itirdiyi üçün xəstəxanaya göndərilib. Daha sonra Çex müstəntiqlərə evsiz olduğunu və son beş gün ərzində yatmadığını, hansısa varlığın ona hakim olduğunu bildirib. Çex həmçinin qeyd edib ki, guya ilk olaraq Braun ona hücum edib, o, özünü qulyabanı ilə döyüşürmüş kimi hiss edib və ilahi güc ona qalib gəlməyə kömək edib. Kişi başındakı səslərin ona hansısa Dreykə hücum etməyi əmr etdiklərini və Braunu onunla səhv saldığını deyib. Çex həmçinin hücum üçün dişlərini istifadə etdiyini etiraf edib.

Onun işi üzrə keçirilən ilk məhkəmə iclası zamanı həmin şəxs özünü qəribə aparıb və mimikaları tez-tez dəyişib. Çexin vəkili məhkəmədə onun ruhi xəstə olduğunu deyib. Kişi psixiatrik müayinədən keçəcək. Növbəti iclas mayın 24-nə təyin edilib. oxu.az 

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar