Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış vəkil nazirə səsləndi: "Bu, ədalətsizlik, bərabərsizlik deyilmi?"

Tarix: 02-04-2024 17:17     Baxış: 3611 A- / A+


                             Əziz Qənbərli
 
 "Son illər kənd təsərüffatı sahəsində aparılan islahatlar bizləri sevindirir. Xüsusən də vətəndaşların müraciətlərinə həsassalıqla yanaşan ən yaxşı qrum kimi rəhbəri olduğunuz Kənd Təsərrüfatı Nazirliyini göstərmək olar. Səmimi deyim ki, dünən nazirliyin qaynar xəttinə zəng etmişəm və bundan sonra 4-5 əməkdaş mənə zəng edib müraciətimlə maraqlanıb. Bu, məni həddindən çox sevindirdi. Ona görə də Sizə dərin təşəkkürümü bildirirəm".

Manevr.az xəbər verir ki, bu, tanınmış vəkil Əziz Qənbərlinin Kənd Təsərrüfatı naziri Məcnun Məmmədova ünvanladığı açıq məktubdandı:


"Hörmətli Məcnun müəllim!
Müraciətimin səbəbi şəxsi deyil. Vəkillik fəaliyyətimlə bağlı bir çox kəlbəcərli fermerlər mənə müraciət edərək bildirir ki, onların problemlərini Sizə çatdırım. Belə ki, cənab Prezidentin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərə fermer təsərrüfatlarının mövsümi qaydada aparılması 2021-ci ildə başlayaraq davam etdirilir. Fermerlərin təsərrüfatı yaylağa aparması üçün müəyyən şərtlər var ki, o şərtlər fermerlər tərəfindən qarşılanmalıdır. Lakin bəzi şərtlər var ki, bu, çox ədalətsiz olmaqla bərabər, həm də fermerləri məcbur edirik ki, saxta sənət düzəltsin. Həmin şərtlər aşağıdakılardır:

1) 2024-cü ilin aprel ayının 1-dən qeydiyyat başlayır. Qeydiyyatın şərti kimi heyvanların qırxılması və çimizdirilməsi nəzərdə tutulur. Qış qurtarmamış mən heyvanımı necə qırxdırım, necə çimizdirirm? Bu sualı mən Sizin baytar mütəxəssislərinizə verirəm. Mənim təsərüffatımı məndən yaxşı heç kim qoruyası deyil. Fermerlər təsərrüfatı əksər kənd təsərrüfatı mütəxəssisindən yaxşı bilir. Birincisi, Kəlbəcərə gedən heyvan ən yaxşı halda iyun ayında qırxılır və həmin ayda çimizdirilir. Bunu da fermerlər zatən özləri edir. Lakin fermerlərə məcbur edirlər ki, sən qoyunu bizə qırxdır, bizə çimizdir və Nazirlər Kabinetinin qərarına uyğun olaraq, hər qoyuna görə 2 manat ödə. Baytarlara deyilir ki, gəl, qırx görüm indi qırxmaq mümkündürmü və ya çimizdir görək mümkündürmü? Bildirirlər ki, yox, edə bilmərik, hələ mövsümü deyil. Yaxşı, mövsümü deyilsə, aprelin 1-dən olan qeydiyyata nəyə görə bu sənəd tələb olunmalıdır? O zaman fermerlər məcbur olub saxta sənəd təqdim etməlidirlər.

2) Kəlbəcər və Laçın yaylaqlarından başqa digər yaylaqlara da təsərrüfatlar aparılır. Nəyə görə bu tələb həmin təsərrüfatlara da deyil, yalnız Kəlbəcər və Laçın fermerlərinə şamil edilir? Bu, ədalətsizlik, bərabərsizlik deyilmi?

3) Digər bir tələb odur ki, heyvandarlıq təsərrüfatı Laçın və Kəlbəcər yaylaqlarına yalnız nəqliyyat vasitələri ilə aparılmaqdır. Hesab edək ki, bir fermerin 250 baş xırdabuynuzlu heyvanı var. Həmin təsərrüfatı Kəlbəcərə aparmaq üçün fermer aşağıdakı xərcləri məcburi çəkməlidir:
- 250*2=500 manat çimizdirmək;
- 81 ha sahə *2 = 160 manat icarə haqqı;
- 250 baş qoyunu Kəlbəcərə aparmaq üçün 5 "Kamaz" lazımdır. Keçən il bir "Kamaz" 800 manata aparıb. Deməli,  800*5=4000 və 4000 də qayıtmaq.


Ümumi xərc 500+160+8000=8660 manat. Bu, fermerlərə yaradılmış inzibati əngəllərlə bağlı xərcdir. Təsərrüfatın çoban, fəhlə və digər zəvuri xərcləri də hesabladıqda 20000 manat xərc edir.  Cənab Prezident işğaldan azad edilmiş ərazilərə məskunlaşma ilə bağlı stumullaşdırıcı tədbirlər görməyi tapśırdığı vaxtda bu inzibati əngəllər işğaldan azad edilmiş rayon sakinlərinin qayıdışına ciddi əngəldir. Çünki Kəlbəcər və Laçın rayonunun camaatının əksər hissəsi fermer təsərüffatı ilə məşğuldiurlar.
Əvvəlcədən təşəkkürlər", məktubda vurğulanır.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar