Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb

Tarix: 13-04-2024 14:30     Baxış: 4440 A- / A+

Milli Məclisin sabiq sədri və hazırda millət vəkili olan Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovaya məxsus olan və Rusiyada fəaliyyət göstərən "Arizarum Qrup” şirkətinin (ООО "АРИЗАРУМ ГРУПП" – 7705176856) 2023-cü ildə əldə etdiyi gəlirlər açıqlanıb.


Yeniavaz.com Rusiyanın müvafiq rəsmi qurumlarının açıqladığı məlumatlara istinadən bildirir ki, "Arizarum Qrup” ötən il 14 milyon 270 min rubl (260 min manat) gəlir əldə edib.

Qeyd edək ki, əvvəlki - 2022-ci illə müqayisdə "Arizarum Qrup”un gəliri 2,5%  artıb. Ümumiyyətlə son 7 ildir "Arizarum Qrup”un gəlirlərində ciddi dəyişiklik olmur:

2017-ci ildə 14 568 000 rubl,
2018-ci ildə 13 984 000 rubl,
2019-cu ildə 13 919 000 rubl,
2020-ci ildə 13 815 000 rubl,
2021-ci ildə 14 045 000 rubl,
2022-ci ildə 13 924 000 rubl,
2023-cü ildə 14 270 000 rubl.

Məlumat üçün bildirək ki, "Arizarum Qrup” 14 yanvar 1998-ci ildən fəaliyyət göstərir. Hüquqi ünvanı Moskva şəhəri, Bakı küçəsi, ev 29-da yerləşən şirkətin yeganə təsisçisi Əsədova Zemfira Adil qızıdır. Şirkətin direktoru isə Nazarova Larisa Aleksandrovnadır. Nizamnamə kapitalı 10 min rubl olan şirkətin restoran sektorunda fəaliyyət göstərdiyi qeyd olunur.

Onu da qeyd edək ki, Oqtay Əsədovun həyat yoldaşı eyni zamanda Nizami rayonunda yerləşən 175 saylı Körpələr evi-uşaq bağçasının müdiri olub.
 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar