Xəbər lenti
Gənc oğlan yeniyetmə qızı evinə gətirdi, ondan razılıq aldı ki... – Şok təfərrüat
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, Sahib 2022-ci ilin sentyabr ayının sonunda günü istintaqa məlum olmayan tarixdə, saat 11 radələrində Neftçala rayonunun kəndində yaşadığı fərdi yaşayış evindəki yataq otağında çarpayının üzərində on dörd yaşına çatmayan Səidə ilə onun razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olub, ona qarşı seksual xarakterli hərəkətlər edib.
Bundan başqa, Sahib həmin ilin oktyabrın əvvəlində, daha sonra isə oktyabrın sonlarında yaşadığı evin yataq otağında Səidə ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.
Sahib sonuncu dəfə Səidə ilə həmin ilin noyabr ayının əvvəlində günü istintaqa məlum olmayan tarixdə saat 11 radələrində yaşadığı evdəki yataq otağında çarpayının üzərində qeyri-təbii yolla cinsi əlaqədə olub, ona qarşı seksual xarakterli hərəkətlər edib.
“Mesaj yazmağa başladı”
İstintaq orqanı tərəfindən Sahibin barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə, eyni əməllər on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sahib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Neftçala rayonunun kəndində ailə üzvləri ilə birlikdə yaşayır: “Fərdi əmək fəaliyyəti ilə məşğul oluram. Zərərçəkmiş Səidəni 2022-ci ilin avqust ayından tanıyıram. Onu yolda gördüm. Barəsində maraqlandıqdan sonra tanış olmaq qərarına gəldik. Yaxınlaşıb tanış olmaq istədiyimi bildirdim. O da razılıq verdikdən sonra mobil nömrəmi kağıza yazıb ona verdim.
Bir neçə gün sonra Səidə “WhatsApp” vasitəsilə mənə mesaj yazmağa başladı. Bildirdi ki, telefon onun anasınındır. Beləliklə danışmağa başladıq. Səidə məktəbdən çıxanda məni gördü. Bir dəfə də yaxınlaşıb söhbət etdik”.
“Qeyri-etik hərəkətlər etməmişəm”
Sahib bildirib ki, Səidəyə qarşı münasibəti ciddi olub: “Səidəni anası öyrədib mənə qarşı belə iftiralar atır. Səidə mənimlə evə getməyib. Eyni kənddə yaşadığımıız üçün mənim yaşadığım evi tanıması normaldır. Onu yaşadığım evə aparmaq fikrim ağlıma gəlsə də, onunla evə getməmişik. Mən Səidəni səmimi sevmişəm. Ona qarşı qeyri-etik hərəkətlər etməmişəm.
Səidəni anası bu cür təlimatlandırıb və onun təsiri altında mənə qarşı belə ifadə verməyə məcbur olub. Əslində mənim barəmdə bildirilənlər həqiqət deyil. Bütün bunları anası Nəsrin ona öyrədib. Buna səbəb Nəsrinin həyasız olması və kənddə məni gözü götürməməsidir. Nəsrinə əsas toxunan mənim Səidədən 60 manat, sonra isə 100 manat borc pul almağım olub. Səidədən 60 manat məbləğində pul almağıma səbəb borcumun olmasıdır.
Həmin ərəfələrdə telefonum xarab olmuşdu. Buna görə Səidə özü mənə pul təklif etdi və pulun özünün olduğunu dedi. Sonradan bildim ki, pul Səidənin məşğələ pulu imiş. 100 manatı anam qaytardı. Pul Qulunun dükanına qoyuldu və oradan Səidənin özü götürdü. 60 manatı isə dayım oğlu Sənan vasitəsilə göndərdik”.
“Xəsarət izini görməyib”
Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin sentyabr ayının sonlarında, oktyabr ayının əvvəllərində və sonlarında, eləcə də noyabr ayının əvvəllərində Səidə ilə qeyri-təbii yolla cinsi əlaqədə olmayıb: “Səidə anasının qorxusundan belə deməyə məcbur olub. Nəsrin Səidə barəsində yayılmış xoşagəlməz söz-söhbətlərə son qoyulması üçün hadisəni mənim boynuma atmaq istəyir.
Səidə mənimlə əlaqədə bədənimdə, cinsiyyət orqanıma yaxın yerdə cərrahi əməliyyat izi görməsi barədə dedikləri onunla “WhatsApp” vasitəsilə görüntülü danışıq zamanı və ya nə vaxtsa söhbətlərimizdə bu barədə özüm demişəm. Səidə bədənim üzərində hər hansı xəsarət izini əyani görməyib”.
“Mən sonuncu şəxsəm”
Sabibin ifadəsinə görə, Səidəni evlənmək məqsədilə ilə sevib, onunla münasibət qurub, həmçinin tanış olduqda 8-ci sinifdə oxumasını və 14 yaşına çatmadığını bilib: “Həmin yaşda ailə qurmasının mümkün olmadığını da bildiyimdən Səidənin yaş həddini gözləyəcəkdim. Bir daha qeyd edirəm ki, Səidə azyaşlı olduğundan ifadəsini anasının təsiri ilə həqiqətə uyğun olmayan formada verib. Anası məni qızı vasitəsilə şərləyir. Buna səbəb qızının hansısa böyük səhvi olması, qızdan pul almağımın ona pis təsir etməsidir.
Hesab edirəm ki, Səidə mənimlə tanış olmazdan əvvəl kimsə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Mən Səidə ilə sonuncu tanış olan şəxsəm. Bu məsələ tam araşıdırılmadan mənim təqsirləndirilməyim düzgün olmayıb”.
“Məni bəyəndiyini bildirdi”
İş üzrə zərərçəkmiş Səidənin sözlərinə görə, ailə üzvləri ilə birlikdə Neftçala rayonunun kəndində yaşayır: “Hazırda orta məktəbdə təhsil alıram. Təqsirləndirilən Sahibi tanıyıram. Onunla aramızda heç bir ədavət və ya düşmənçilik yoxdur. Hər ikimizin yaşadığımız kəndlər qonşu və yanaşı olmaqla eyni inzibati ərazi nümayəndəliyinin tərkibindədir.
Müxtəlif fənnlər üzrə ali məktəbə hazırlıq məşğələlərinə gedirəm. 2022-ci ilin avqust ayının sonlarından etibarən, Azərbaycan dili fənnindən məşğələyə gedib-gələrkən yolda Sahiblə tanış oldum. Sahib mənə yaxınlaşdı, mənimlə tanış olmaq istədiyini bildirdi, onun təklifi ilə razılaşdım. Sahib demək olar ki, hər gün kənd yolunda mənə yaxınlaşır, mənimlə söhbətləşirdi. Söhbət əsnasında məni bəyəndiyini, məndən xoşu gəldiyini bildirirdi”.
“5 dəqiqə cinsi əlaqədə olduq”
“Günün tarixini dəqiq yadda saxlamasam da, təxminən səhər saat 10-11 arası olardı. Sahib məni evə söhbət edib, biri-birimizi tanımaq üçün çağırdığını dedi. Lakin evə gəlib çatanda boynumdan öpdü, qucaqlayaraq məndən xoşu gəldiyini, sevdiyini və mənimlə qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini dedi. Təkliflə əvvəlcə razılaşmadım. Amma dediyinin üstündə dayanaraq, bunu təkrar-təkrar tələb etdikdən sonra ona inanaraq razılıq verdim.
Razılaşmağıma digər səbəb Sahibin dediklərinin mənə çox maraqlı gəlməsi və sevməsinə inanmağım oldu. Yataq otağına keçdik və orada özüm əynimdəki şalvarı aşağı çəkdim. Sahib isə yataqda mənə yaxınlaşdı. Təxminən 5 dəqiqə cinsi əlaqədə olduq.
Sahibin evində təxminən yarım saat qaldıqdan sonra çıxıb getdim. Sahib özü evdə qaldı”.
“Pulları borc vermişəm”
Zərərçəkmiş şəxsin sözlərinə görə, 2022-ci ilin oktyabr ayının əvvəllərində yenə də Sahibin evində saat 11 radələrində, 2022-ci ilin oktyabr ayının sonlarında saat 11 radələrində, habelə 2022-ci ilin noyabr ayının əvvəlində saat 11 radələrində qeyri-təbii yolla onunla cinsi əlaqədə olub:
“Sahib hər dəfə məni sevdiyinə inandıraraq, hələlik bu cür cinsi əlaqədə olmaq istədiyni, bu barədə heç kimə deməməyi bildirdi. Mən də inanaraq onunla eyni üsulla cinsi əlaqədə olmuşam. Münasibətlərimiz müddətində Sahib məndən iki dəfə, yəni bir dəfə 60 manat, növbəti dəfə isə 100 manat olmaqla, 160 manat borc pul aldı. Həmin pulları Qulu adlı şəxsin mağazaya qoymuşam. Sahib də oradan götürüb.
O, məndən pul almasına səbəb kimi işsizliyini, pula ehtiyacının olduğunu, həmçinin məni sevməsini göstərib. Ona görə də inanıb pulu Qulunun ticarət obyektinə qoymuşam. Qulu Sahibin qohumudur.
Valideynlərimdən məşğələ müəllimlərinə çatdırmağım üçün aldığım pulları Sahibə borc vermişəm”.
“Zor tətbiq etməyib”
Zərərçəkmiş qeyd edib ki, 2023-cü ilin yanvarın 21-də Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları onu anası Nəsrinlə birlikdə şöbəyə dəvət ediblər:
“Orada baş vermiş bütün hadisələr barədə anamın iştirakı ilə polis əməkdaşlarına məlumat vermişəm. Daha sonra anam onlardan pulu geri aldı. Baş vermiş hadisələr barədə məndən və Sahibdən başqa heç kim heç nə bilməyib, heç kim heç nəyi görməyib. Mən Sahiblə 4 dəfə onun yaşadığı evin yataq otağında həmişə də eyni vaxtda olmaqla yəni, səhər saat 10-11 radələrində cinsi əlaqədə olmuşam.
Sahibdən başqa heç kimlə heç bir formada cinsi əlaqədə olmamışam. Cinsi əlaqədə olarkən o, mənə hər hansı bir zor tətbiq etməyib. Sadəcə Sahibin vədlərinə aldanaraq onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa razılaşmışam. Əlaqədə olarkən onun bədəninin sağ və ya sol tərəfində cərrahiyyə əməliyyatının izi olduğunu görmüşəm. Digər izi və ya xalı olmasını xatırlamıram”.
“Etiraz etməmişəm”
Səidənin ifadəsinə görə, Sahib ondan pulu hər hansı hədə-qorxu gəlmədən borc kimi istəyib: “Məni sevməsinə inanaraq pulu ona borc olaraq vermişəm və qaytaracağına inanmışam. Sahib barəsində istər müstəntiqə, istərsə də məhkəməyə bildirdiklərim tam həqiqətdir.
Mənim orta məktəbin 8-ci sinfində təhsil almağımı Sahib ilk tanışlıqlarında, hələ mənimlə qeyri-təbii yolla cinsi əlaqədə olmazdan əvvəl bilib. Ata tərəfdən qohumluğumuz olsa da, heç vaxt onlara gediş-gəlişlərimiz olmayıb. Yalnız Sahibin dəvətindən sonra onlara getmişəm.
Sahibgilin geniş və üzüm olan həyətlərini xatırlayıram. Onlara gedəndə evlərində heç kəs yox idi. Mənə valideynlərinin Bakı şəhərində olduğunu deyirdi. Məhz Sahib özü hər dəfə saat 11 radələrində görüşməyimizi, habelə mənimlə bu üsulla, yəni qeyri-təbii yolla cinsi əlaqədə olmağı istəyirdi. Mən də buna etiraz etmirdim. Hazırda Sahibi bağışlamışam. Ona qarşı heç bir şikayətim yoxdur”.
Bu cinayət işinə Neftçala Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sahibə 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Onun şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılıb. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin olunmayıb..
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar