Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Röyanın trend olan mahnısı plagiat çıxdı

Tarix: 09-09-2019 18:41     Baxış: 3147 A- / A+
Röyanın trend olan mahnısı plagiat çıxdı

Əməkdar artist Röya Ayxanın "Səni sevmək mənə çox yaraşır" adlı son layihəsinin plagiat olduğu iddia edilib.

Sənətçinin ötən ayın sonunda təqdim etdiyi mahnı fars musiqiçilərindən bəhrələnərək ərsəyə gəlib.

Trenddə 19-cu yerdə olan sözügedən musiqi İranda məşhur olan "Evan Band (E 1)" qrupunun "Alijenab" albomunda yer alan bəstələrdən biridir. Hossein Sharifi və Foad Ghafaridən ibarət qrupun ifa etdiyi əsər "Zibaye Man" adlanır və bu ilin may ayında "Persian Media Group"un "Youtube" hesabında paylaşılıb.

"Zibaye Man" bu günədək iki milyondan çox baxış toplayıb, müəllifləri Foad Ghafari və Hadis Dehghandır. Lakin Əməkdar artistin layihəsinin müəllifinin Fərid Ağa olduğu vurğulanıb.

Manevr.az bildirir ki, hər iki mahnı arasında oxşarlıq çoxdur, demək olar ki, eynilik təşkil edir. Bəstənin başlanğıcı, sonu eynidir, "Zibaye Man"a Azərbaycan dilində sözlər bənd edildiyi üçün musiqidə avtomatik olaraq dəyişiklik hiss olunur. Fərid Ağa musiqinin əsas melodiyası üzərində "Səni sevmək mənə çox yaraşır"ı yaradıb.

Həmçinin R.Ayxan "re minor"da, iranlı gənclər isə "re diyez minor"da ifa ediblər. Əməkdar artist mahnını fərqli oxusa da, harmoniya eynidir.

Mövzu ilə bağlı Fərid Ağa ilə əlaqə saxlanılıb. "Səni sevmək mənə çox yaraşır"ın müəllifi bəstənin plagiat olmadığını qeyd edib:

"Plagiat deyil, musiqi, bənd və nəqarət başqa şeylərdir. Ola bilsin ki, gitara ifa edilən yerləri hansısa mahnıya bənzədilsin. Sizə mövqeyimi belə izah edim. Rusiyanın məşhur bəstəkarı İqor Krutoy 6 il əvvəl ilin ən yaxşı plagiat mahnılarının müəllifi olduğu üçün festivalda birinci yeri saxladı. Sual verdilər ki, necə olur ki, siz belə qalib olursuz? O da cavab verir ki, əsrlər boyu mahnılar yazılıb, biz isə onları aranjiman edirik. Mənim mövqeyim budur".qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar