Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı aktrisadan Türkiyə mətbuatını ŞOKA SALAN açıqlama – VİDEO

Tarix: 07-09-2019 14:22     Baxış: 3180 A- / A+
Azərbaycanlı aktrisadan Türkiyə mətbuatını ŞOKA SALAN açıqlama – VİDEO

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl baş rolda Nəsrin Cavadzadənin oynadığı "Aşk tesadüfleri sever -2" filminin təqdimat mərasimi olub.

Manevr.az xəbər verir ki, aktrisa mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Şəxsi həyatı barədə açıqlama verən ulduzun aşağıdakı fikirləri Türkiyə mətbuatında böyük diqqət çəkib:

"Çirkin, amma xarizmatik kişi sevirəm, yaraşıqlı kişilər məni qorxudur. Ümumiyyətlə, yaraşıq kişilərdə hürküdücü bir şeydir. "Nənəm deyirdi ki, kişi meymundan bir az fərqlənsə, yaxşıdır. Bu da qulağıma sırğa oldu. Babam çox yaraşıqlı kişi olub. Şorgöz deyildi, amma qadınlar ona rahatlıq vermirdi. Nənəmi də bu narahat edirdi. Odur ki, mənə yaraşıqlı kişi ilə evlənməməyi məsləhət görərdi. Əvvəllər daha qısqanc idim, özgüvənimsizdim. Amma böyüdükcə dəyişdim, gördüm ki, qısqanmağa dəyməz".

O, daha sonra filmdəki rolundan danışıb və bildirib ki, gələcəkdə özünü müğənni kimi sınaya bilər:

"Bu vaxta qədər həmişə hamamda mahnı oxuyurdum, ilk dəfə bu filmdə kəşf etdim ki, mahnı oxuya bilirəm. İlk dəfə idi ki, bir layihədə mahnı oxudum. Elə düşünürdüm ki, aktyorluq sənətini mənim üçün heç nə əvəz edə bilməz. Amma anladım ki, musiqi və mahnı oxumaq çox ilahi bir lütfdü. Bu, məndə bir kanal açdı, bütün çakraları təmizləyir, hər şeylə inanılmaz dərin bir bağlılığınız olduğunu hiss edirsiniz. Yaponca da oxusam, heç bir vasitəçi olmadan ordakı duyğunu qəlbinizdə hiss edə bilərsiniz. Odur ki, yenə mahnı oxumaq istəyərəm. Filmdə belə deyil, mütləq tərcümə tələb edir. Musiqi bütün sənətlərin atasıdır ".

Gözəllik sirlərindən danışan ulduz şəkər və un məhsullarından tamamilə imtina etdiyini etiraf edib:

"Həftədə 6 dəfə idmanla məşğul oluram. Həmçinin şəkər və un məhsullarının heç birindən istifadə etmirəm. Hətta illərdir ki, plov belə yemirəm. Çox nadir hallarda paxlava və kabab yeyirəm".publika.az



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar