Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

400-dən çox delfin sahilə çıxdı - FOTO

Tarix: 10-02-2017 10:30     Baxış: 5402 A- / A+
400-dən çox delfin sahilə çıxdı


"Radio New Zealand”ın yaydığı məlumata görə, 400-dən çox qrind-delfini Yeni Zelandiyanın Cənub adası sahillərinə çıxıb.

Heyvanların əksər hissəsi həlak olsa da, hadisə yerinə gələn könüllülər 100-dək delfini dənizə qaytara biliblər. Delfinlər hələ də buxtada üzməkdə davam edir. Xilasedicilər qayıqlarda onların ətrafında dolanaraq açıq dənizə yolu göstərməyə çalışırlar.

Məlumatda qeyd edilir ki, bu, Yeni Zelandiyada delfinlərin kütləvi şəkildə məhvi ilə bağlı ən böyük hadisələrdən biridir.

Yeni Zelandiya delfin və balinaların sahilə tez-tez çıxdığı yer kimi tanınıb. Alimlər hələ də bu hadisənin dəqiq səbəblərini tapa bilmirlər. Adətən delfinlərdən biri özünü sahilə atırsa, digər delfinlər də kömək məqsədilə onun ardınca hərəkət edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar