Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Cəmilə Çiçək danışdı: qloballaşan dünyada pandemiya böyük problemlər yaratdı

Tarix: 27-05-2020 14:59     Baxış: 3444 A- / A+
Cəmilə Çiçək danışdı: qloballaşan dünyada pandemiya böyük problemlər yaratdı

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 21 May cümə axşamı, saat 14:00-da "BMT yanında Məşvərətçi Status: QHT lər üçün imkan və faydalar" mövzusunda Azərbaycan və ingilis dilklərində təşkil etdiyi ZOOM Vebinarda Azərbaycandakı müxtəlif QHT nümayəndələri iştirak etdilər.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və BMT-nin Azərbaycandakı nümayəndəliyinin dəstəyilə keçirilən vebinarda əsas videoçıxış BMT ECOSOC Baş qərərgahı dəstək və koordinasiya idarəsinin QHT Bölməsinin icraçı rəhbəri (UN DESA) – Mark Andre Dorelə məxsus oldu. Vebinarı BAMF prezidenti Umud Mirzəyev açdı. Vebinar-tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Qulam M.İsakzai (BMT-nin Rezident Əlaqələndiricisi), Lidiya Qriqoryeva (BMT Cenevrə ofisi Baş direktorunun QHT-lərlə əlaqə bölməsinin rəhbəri), Mikol Savia (Beynəlxalq Demokratik Hüquqşunaslar Assosiasiyasının BMT Cenevrə ofisi yanında daimi nümayəndəsi), Ramil Əzizov (BAMF-ın vitse prezidenti), Anastasiya Lavrina (BAMF beynəlxalq əlaqələr departamentinin rəhbəri) çıxış etdilər.
Tədbir yerli QHT-lərin BMT agentlikləri ilə əlaqələrini gücləndirmək, ECOSOC üzvlüyü, BAMF-in köməyi ilə Dayanıqlı İnkişaf Məqsədlərinin post-pandemiya dövründə dəstəklənməsi və təbliği imkanlarının müzakirəsinə yönəlmişdi.
01 İyun 2020-ci il, BMT müzakirələrində iştirak etmək üçün İqtisadi və Sosial Şura (ECOSOC) yanında məşvərətçi status əldə etmək niyyəti olan Qeyri-Hökumət Təşkilatlarının son müraciət tarixidir. Buna görə, BAMF QHT-ləri bu tədbirdə iştirak etməyə və BMT ECOSOC statusu ilə bağlı müraciət etmək üçün qayda və prosedurların yerinə yetirilməsinə dair daha çox məlumat əldə etməyə çağırdı.
Qeyd edək ki, BAMF, BMT ECOSOC ilə əməkdaşlığa 2005-ci ildə başlamışdır. 2007-ci ildə aldığı Xüsusi Məşvərətçi Statusu 2013-cü ilin sonunda Əsas Məşvərətçi statusu kimi təsnif edilib. Hazırda BAMF Azərbaycanda BMT ECOSOC yanında Əsas Məşvərətçi Statusa malik yeganə QHT-dir.

“Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İB-nin sədri Cəmilə Çiçək çıxışında onu da bildirdi ki, qloballaşan dünyada pandemiya çox böyük problemlər ortaya çıxartdı. Bu problemlərdən biri də siyasətçilərin, dövlət adamlarının, biznesmenlərin kritik mamentdə qloballaşma kimi dəyərli bir dünyabaxışa arxa çevirmələri oldu:
"Yəni bilirsiniz ki, koronavirus virusu yayılandan sonra, pondemiya elan ediləndən bu yana dünya sanki, yenə də XVIII-XIX əsrə döndü və dövlətlər öz sərhədlərini bağlamağa başladı. Hətta ilkin vaxtlarda biri-birinə kömək əli belə, uzatmaq istəmədilər.
Amma BMT və BST-ı, UNOSKO və digər qlobal plonitar maştablı təşkilatların səyi nəticəsində eyni zamanda onlara kömək olan QHT-lər, İctima Birliklər, Vətəndaş Cəmiyyəti təsisatları və KİV-i, o cümlədən fondlar, xeyriyyə təşkilatları, əksinə, pandemiya elan edildikdən sonra siyasətçilərin, məmurların görmək istəmədiyi və yaxut gözləmə mövqeində olduğunu görübən özləri yardımlaşmağa, paylaşmağa və bir-birinə kömək əli uzatmağa başladılar.
Bu baxımdan BMT-nin bir çox strukturları, o cümlədən Beynəlxalq Səhiyyə Təşkilatı, Beynəlxalq Ərzaq Təşkilatı və digər təşkilatların sətri altında müxtəlif ölkələrdə fəaliyyət göstərən QHT-lərin birləşməsi və bu tipli hadisələr zamanı nəinki pandemiya, həm də qloballaşan problemlər vaxtı bütün dünyaya ehtiyacı olan insanlara kömək etməsi normal qarşılanmalıdı.
Bu baxımdan Azərbaycanın yerli təşkilatlarının da BMT-nin bir çox strukturlarında istər birbaşa üzvü, istər məşvərətçi üzvi kimi fəaliyyət göstərməsi həm bizim cəmiyyətimiz üçün, həm dövlətimiz üçün, həm də düşünürəm ki, dünya üçün vacibdir. O cümlədən də Azərbaycanın yerli QHT-lərinin Beynəlxalq təcrübə qazanması və Beynəlxalq aləmdə özlərinə tərəfdaş tapması baxımından BMT strukturlarında bizim fəaliyyətimiz əvəzsiz bir platformadır.
Ona görə mən də “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İB-i olaraq belə bir aksiyaya qoşulub təşkilatımız adından bildirmək istəyirəm ki, imkan daxilində BMT-nin bir çox strukturunda fəaliyyət göstərməyə hazırıq".

Cəmilə Çiçək danışdı: qloballaşan dünyada pandemiya böyük problemlər yaratdı




























Rövşən HÜSEYNOV,
şair-publisist

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar