Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlının sərvəti azaldı

Tarix: 13-04-2020 14:21     Baxış: 5153 A- / A+
Dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlının sərvəti azaldı


Dünyaca məşhur "Forbes" jurnalı Rusiyanın ən varlı 10 adamının siyahısını açıqlayıb.

Manevr.az xəbər verir ki, siyahıda Azərbaycan əsilli iş adamı, "Lukoyl" şirkətinin sahibi Vahid Ələkbərov da yer alıb.

Rusiyanın ən varlı adamları sırasında 8-ci yerdə qərarlaşan Ələkbərovun sərvəti 651 milyon dollar azalaraq 19,3 milyard olub.

Qeyd edək ki, Vahid Ələkbərov 1 sentyabr 1950-ci ildə Bakının o vaxtkı Razin qəsəbəsində anadan olub. Atası Yusif Ələkbərov, anası isə rus kazak tayfalarından olan Tatyana Fyodrovna olub.

Əmək fəaliyyətinə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil aldığı vaxt "Kaspromneft" müəssisəsinin 2 nömrəli mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator kimi başlayan Ələkbərov, SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinci müavini olub. 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri "Lukoyl" şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən indiyədək "Lukoil" şirkətinə prezidentlik edir. "Şərəf nişanı" və Dostluq ordenləri, "Qərbi Sibirin dərinliklərinin öyrənilməsi və neft-qaz kompleksinin inkişaf etdirilməsinə görə" medalı ilə təltif olunub. İqtisad elmləri doktorudur. O, dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır.

Vahid Ələkbərovun 29 yaşlı oğlu Yusif Ələkbərov isə ötən il Rusiyanın ən varlı varisi seçilib. İş adamının 2019-cu ilin aprel ayına qədər оlan sərvəti 21,8 milyard dollar dəyərində hesablanıb. "Forbes" jurnalının siyahısında artıq dördüncü ildir yer alan Yusif "Rusiyanın ən varlı varisləri"ndəndir. V.Ələkbərovun vəsiyyətinə əsasən o, dünyasını dəyişəndə bütün var-dövləti yeganə oğlunun adına keçəcək. Yusif özü də bizneslə məşğuldur. O, neftdaşıma şirkətində çalışır və "Mercedes-Benz"in Rusiyadakı rəsmi dileridir. Eyni zamanda spirtsiz içki istehsal edən zavodu var./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar