Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“20 Yanvar”dakı tıxac problemi HƏLL OLUNUR - VİDEO

Tarix: 22-02-2020 21:02     Baxış: 4180 A- / A+
“20 Yanvar”dakı tıxac problemi HƏLL OLUNUR - VİDEO


Bakı-Sumqayıt yolunun kənarındakı torpaq təpəciklər dağıdılır. Yolun genişləndirilməsi işləri çərçivəsində həmin təpəciklərin yerində iki hərəkət zolaqlı yol çəkiləcək. Bu arada, ''20 yanvar'' dairəsi ətrafında sıxlığın qarşısını almaq məqsədilə hərəkətin təşkilində bəzi dəyşikliklər edili
r.

Bu ilin may ayının sonuna qədər tikintisi yekunlaşdırılacaq yolda işlər plana uyğun olaraq sürətlə aparılır.

Söhbət günün pik saatlarında uzun sıxlığın yaşandığı Bakı-Sumqayıt yolundan gedir.

Qeyd edək ki, ərazidə Baş Dövlət Yol Polisi İdarəsinin müşahidə kamerası və radarı olan dirək də götürülür. Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı təpəciklərdəki dekorativ ağaclar da torpaqdan çıxarılaraq başqa ərazilərə daşınıb. Yolun genişləndirilməsi zamanı Avtovağzal yaxınlığındakı körpünün də müəyyən hissələri genişləndiriləcək. Hazırda həmin ərazidə suvay vurulur və bəzi bərkitmə işləri görülür.

Təmir işləri aparıldığından yolda sıxlıq yaşanmasın deyə ''20 yanvar'' dairəsi ətrafında da bəzi dəyişikliklər edilib. Sumqayıtdan Bakıya gələn nəqliyyat vasitələri üçün hərəkətin təşkili bir qədər yaxşılaşdırılıb.

Qeyd edək ki, "20 yanvar" metrostansiyası ətrafında nəqliyyatın hərəkətini tənzimləmək məqsədilə hələ 2017-ci ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən layihə hazırlanıb. Layihəyə uyğun olaraq dairə işıqforla tənzimlənir. Moskva prospektindən Tbilisi prospekti istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin dairəvi hərəkət hissəsində istiqamətləndirici adacıq yerləşdirməklə Həsən bəy Zərdabi küçəsi vasitəsilə Tbilisi prospektinə yönləndirilməsi, Müzəffər Həsənov küçəsindən dairəyə daxil olan yolun hərəkət istiqamətini tam olaraq dairəvi hərəkət hissəsində istiqamətləndirici adacıq yerləşdirməklə Həsən bəy Zərdabi küçəsinə yönləndirilməsi planlaşdırılır ki, bu işlər də yaxın günlərdə görüləcək.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar