Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

İctimai nəqliyyatda tələbələrə və pensiyaçılara güzəşt gözlənilirmi?

Tarix: 13-02-2020 20:47     Baxış: 3171 A- / A+
İctimai nəqliyyatda tələbələrə və pensiyaçılara güzəşt gözlənilirmi?

"Hökumət konkret müəyyən etməlidir ki, hansı kateqoriyalı vətəndaşlara nə qədər güzəştlər olunmalıdır və onlar hansı sənədlərlə qurumlara müraciət etməlidir".

Bir sıra inkişaf etmiş ölkələrdə ictimai nəqliyyatda ödənişlə bağlı müxtəlif yeniliklər təqdim olunur. Bu yeniliklər gediş haqqının müxtəlif kartlarla ödənilməsi, eləcə də müəyyən qruplara güzəştlərlə bağlıdır. Görəsən, ölkəmizdə bu yeniliklərin tətbiqi mümkündürmü?

Mövzu barədə "MediaPost”a açıqlama verən yol-nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, ölkəmizdə güzəştli ödəmə sisteminin tətbiq olunması üçün 3 şərtə əməl olunmalıdır:

"Bu nəzəri və praktiki cəhətdən mümkündür. Bizdə dövlət qurumları hətta deyirlər ki, bunu çox rahatlıqla edə bilərik. Sadəcə, burada birinci məsələ ondan ibarətdir ki, heç olmasa, paytaxtda fəaliyyət göstərən avtobusların 80-90 faizi kart sisteminə keçməlidir. İkinci addım olaraq qanunvericilikdə müəyyən dəyişikliklər olmalıdır. Yəni hökumət konkret müəyyən etməlidir ki, hansı kateqoriyalı vətəndaşlara nə qədər güzəştlər olunmalıdır və onlar hansı qurumlara müraciət etməli, hansı sənədləri təqdim etməlidir.
İctimai nəqliyyatda tələbələrə və pensiyaçılara güzəşt gözlənilirmi?

Hazırda mövcud olan qanunvericilikdə yalnız 5 yaşına qədər uşaqlar, çağırış üzrə həqiqi hərbi xidmət keçən əsgərlər və polis əməkdaşları xidməti vəzifələrinin icrası zamanı şəhərdaxili nəqliyyatdan pulsuz istifadə edə bilirlər.

Üçüncü həll olunacaq məsələ isə güzəştin hansı qurum tərəfindən qarşılanmasıdır. Sahibkar öz cibindən pul verib avtobus alırsa, dövlətin endirim etməklə bağlı onun üzərinə öhdəlik qoyması düzgün deyil. Dövlət ya güzəşti kompensasiya etməli, ya da həmin daşıyıcı şirkətlərə başqa formada güzəştlər tətbiq olunmalıdır”.

Ekspert ictimai nəqliyyatda güzəşt tətbiq edilməli olan qruplardan da bəhs edib:

"Adətən, xarici ölkələrdə ictimai nəqliyyatda güzəşt edilən şəxslər sosial həssas qruplar və dövlətin dəstəyinə ehtiyacı olan insanlardır. Bu şəxslər pensiyaçılar, orta məktəb şagirdləri, tələbələr, bir qrup hərbçilər, dövlət qarşısında xidməti olan insanlar və s. ola bilər”.
İctimai nəqliyyatda tələbələrə və pensiyaçılara güzəşt gözlənilirmi?

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev "MediaPost"a açıqlamasında gələcəkdə ictimai nəqliyyatda güzəştli sisteminin tətbiqi barədə addım atıla biləcəyini söyləyib:

"Hər bir işdə prioritetlər müəyyənləşdirilir ki, birinci bu addım atılmalıdır, növbəti addımlar isə filan cür olmalıdır. Biz BNA olaraq ilk növbədə istəyirik ki, bu gün paytaxtın inzibati ərazisində müntəzəm marşrut xətləri üzrə hərəkət edən bütün avtobuslarda "Bakıkart”a inteqrasiyanı təmin edək. Ötən dövr ərzində bununla bağlı çox böyük işlər görülüb. Bu gün 31 müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqının ödənişi kart sistemi ilə həyata keçirilir. Fevralın 14-dən etibarən 26 nömrəli avtobusun kart sisteminə keçməsi ilə bu rəqəm 32-yə çatacaq.

Nağdsız ödənişlə bağlı kifayət qədər təcrübələr mövcuddur. Yəni "Bakıkart”a inteqrasiya tam yekunlaşdıqdan sonra başqa ölkələrdə tətbiq edilən təcrübələrə baxaraq şəhərimizə uyğun olanını tətbiq edə bilərik. Hələlik isə bir neçə il ərzində uğurla sınaqdan çıxmış "Bakıkart” sisteminə üstünlük veririk”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar