Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı metrosunda uçqun təhlükəsi - Bu stansiya bağlanır

Tarix: 07-12-2019 17:27     Baxış: 3128 A- / A+
Bakı metrosunda uçqun təhlükəsi - Bu stansiya bağlanır

Gələn il Bakı metrosunun “Həzi Aslanov” stansiyası müvəqqəti olaraq fəaliyyətini dayandıracaq. Buna səbəb metrostansiyasının əsaslı təmirə ehtiyacının olmasıdır.

Bu barədə ayna.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini Hidayət Məmmədov açıqlama verib.

Onun sözlərinə görə, stansiyanın platformasında, tunelində ciddi təmir işlərinə ehtiyac var:

“Bu səbəbdən rekonstruksiya işləri aparılmalıdır. Hazırda metro tunelinin dəmir-beton konstruksiyasında aşınmalar var, bu da ciddi fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən artıq lazımı qurumlara müraciət ünvanlanıb, gələn ildən stansiyada təmir işlərinə start veriləcək”.

Metropoliten rəsmisi vurğulayıb ki, sözügedən metrostansiyadakı bu problemin səbəbi ağır geoloji vəziyyətlə əlaqədardır:

“Metro üzərində tikilmiş yeni çoxmərtəbəli binalar yerin geoloji quruluşuna ciddi təsir edib, bu da öz növbəsində stansiyanın vəziyyətini pisləşdirib”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar