Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bir tona yaxın heroin tutuldu - ŞƏKİLLƏR

Tarix: 30-11-2019 14:23     Baxış: 4274 A- / A+
Azərbaycanda bir tona yaxın heroin tutuldu - ŞƏKİLLƏR


Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından Ukrayna Respublikasına "Volvo” markalı 42BP450/42ZA122 dövlət qeydiyyat nişanlı yük avtomobilində külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, Astara gömrük postunda saxlanılan nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasının "Ensıye Izadkhah By Order Navıd Khan Mohammadı Commercıal” şirkətindən Ukrayna Respublikasında fəaliyyət göstərən "Bayramlar LTD” şirkətinə "kivi və nar” meyvə yükü apardığı məlum olub.

Yükə baxış keçirən gömrükçülər Azərbaycan Respublikası vətəndaşı Hüseynov Ramiz Hacıəli oğlunun idarə etdiyi nəqliyyat vasitəsinin qoşqusundakı 26 paletdə, 1152 ədədində kivi və 1550 ədədində nar olmaqla, ümumilikdə 2702 ədəd standart ölçülü plastik yeşiklərdə qablaşdırılan meyvə yükü olduğunu müəyyən edib. Kivi yükü olan 8 paletdəki 768 yeşikdən 471 ədədində kivilərdən "örtücü mal” kimi istifadə edilməklə gizlədilən, kivilərin qablaşdırılmasında istifadə olunan sarı kağızlara bükülmüş vəziyyətdə 1884 ədəd dördkünc formalı bağlamalar aşkar olunub. Şəffaf və sarı yapışqanlı lentlə sarınmış bağlamalarda ümumilikdə qablaşdırırılması ilə birlikdə 933 kq 115 qram çəkidə açıq qəhvəyi rəngli, narkotik vasitə-heroin olduğu müəyyən edilib.

Xatırladaq ki, 4 gün əvvəl gömrükçülərin həyata keçirdiyi daha bir uğurlu əməliyyat zamanı Azərbaycandan tranzit keçməklə 304 kq heroinin Ukrayna Respublikasına daşınmasının qarşısı alınıb. Ümumilikdə son 4 gündə gömrük orqanları tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində aşkar edilən 2 fakt üzrə 1 ton 240 kiloqram heroin qanunsuz dövriyyədən çıxarılıb.

Manevr.az


Azərbaycanda bir tona yaxın heroin tutuldu - ŞƏKİLLƏR
Azərbaycanda bir tona yaxın heroin tutuldu - ŞƏKİLLƏR
Azərbaycanda bir tona yaxın heroin tutuldu - ŞƏKİLLƏR
Azərbaycanda bir tona yaxın heroin tutuldu - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar