Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

İstirahət günlərinin HAVAsı

Tarix: 18-10-2019 18:16     Baxış: 4170 A- / A+
İstirahət günlərinin HAVAsı



İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.


Manevr.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Böyük və Kiçik Qafqazda hava əsasən yağmursuz keçəcək. Lakin oktyabrın 19-u gündüzdən şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu dağətəyi rayonlarda 20-25, dağlıq rayonlarda 13-18 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu 20-25, dağlıq rayonlarda 15-19 dərəcə isti təşkil edəcək.
Qazax-Gəncə zonasında havanın əsasən yağmursuz keçəcəyi, lakin oktyabrın 19-u axşam və 20-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu 22-26 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin oktyabrın 19-u axşam və 20-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu 23-28 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin oktyabrın 19-u axşam, 20-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu 21-26 dərəcə isti təşkil edəcək.
Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin oktyabrın 19-u axşam, 20-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gündüz 21-24 dərəcə isti təşkil edəcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar