Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nuşirəvan Məhərrəmli televiziya və radio kanallarının rəhbərlərinə xəbərdarlıq etdi

Tarix: 11-10-2019 08:06     Baxış: 3150 A- / A+
Nuşirəvan Məhərrəmli televiziya və radio kanallarının rəhbərlərinə xəbərdarlıq etdi

Milli Televiziya və Radio Şurasında (MTRŞ) Azərbaycanın ümumölkə televiziya və radio kanallarının rəhbərləri ilə görüş keçirilib.

Manevr.az-ın xəbərinə görə, görüşdə Azərbaycanın televiziya və radio yayımındakı mövcud durum və bu sahədə olan problemlər, onlardan çıxış yolları qarşılıqlı diskussiya şəraitində müzakirə olunub.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli kanallarda yayımlanan bəzi proqramların ictimaiyyətdə yaratdığı neqativ münasibətdən söz açıb.

Həmçinin qanunvericiliyin tələblərinin, xüsusən, dərman vasitələrinin reklamı sahəsində, tütün məmulatlarının zərərli təsirinin təbliği işində olan normativ tələblərin pozulmasından danışıb.

N.Məhərrəmli 2020-ci ilin əvvəlindən qüvvəyə minəcək “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun tələblərinə riayət olunması məsələsini də qaldırıb.

O, yayımçılar qarşısında duran vəzifələr və bu sahədə hazırlıq işlərinə başlanmasının zəruriliyi barədə bəhs edib.

Televiziya və radio kanalların rəhbərləri mövcud problemlərin aradan qaldırılmasında yayımçıların, tənzimləyici orqanın və ictimaiyyətin səylərinin birləşdirilməsini, televiziya kanallarında yayımlanan proqramlarda çeşidlilik prinsipinin təbliğ olunmasının vacibliyini vurğulayıblar.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar