Sizin Reklam Burada
Xəbər lenti
22 oktyabr
21 oktyabr
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlılara qarşı faşist addım – Məşhur şirkət məhkəməyə verilir - Şəkil

Tarix: 09-10-2019 15:13     Baxış: 334 A- / A+
Azərbaycanlılara qarşı faşist addım – Məşhur şirkət məhkəməyə verilir - Şəkil

Qaçqın statusu üçün Almaniyadan sığınacaq istəyən bir qrup azərbaycanlı Almaniyanın “ASB” şirkətini məhkəməyə verməyə hazırlaşır.

Manevr.az xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, buna səbəb 2016-cı ildə Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Ahlen (Westfalen) şəhərində yerləşən və qaçqın kampı kimi istifadə edilən köhnə orta məktəb binasında sığınacaq istəyənlərə olan münasibət olub.

Belə ki, “ASB” adlı şirkət Azərbaycan, Gürcüstan, Ermənistan, Afrika və Balkan ölkələrindən gələnlərin də olduğu sığınacaq axtaranları Nasist Almaniyası zamanı faşistlərin həbs düşərgələrində insanlara tətbiq etdikləri nömrələmə sistemi ilə qeydə alıb. Belə ki, hər bir şəxsin nömrəsi qollarına taxmaq üçün xüsusi kağızdan düzəldilən bilərziklərin üzərinə yazılıb.

Kampa giriş-çıxış, yemək növbəsi, həftəlik xərcliyin verilməsi və təmizlik ləvazimatları alan zaman həmin rəqəmli bilərziklərin göstərilməsi şərt kimi qoyulub.

Vəkil vasitəsi ilə məhkəməyə təqdim etmək üçün hazırlanan şikayət ərizəsində “ASB” əməkdaşlarının qaçqın və miqrantlarla qarşı qeyri-insani rəftarı xüsusi vurğulanıb. Şikayət ərizəsində bir ölkədən olan sığınacaq axtaranların 1951-ci il Cenevrə Konvensiyasının müddəalarına tamamilə zidd olaraq bir yerdə yerləşdirilməsi, ailələrin bir sinif otaqlarında gecələməsi, sanitar normaların kobud şəkildə pozulması, kampın həkim briqadası tərəfindən lazımı tibbi xidmətlərin göstərilməməsi və s. göstərilib.

Şikayət ərizəsinin zərərçəkənlər tərəfindən imzalamasından sonra yaxın günlərdə Münster şəhər İdarə Məhkəməsinə göndərilməsi gözlənilir.

Qeyd edək ki, Ahlen şəhərində 2014-2017-ci illərdə qaçqın kampı kimi istifadə olunan məktəb binası yerli sakinlərin şikayəti əsasında bağlanıb. Tikilinin sökülməsi ilə bağlı Münster şəhər İdarə Məhkəməsinin qərar verib.

Manevr.az
Azərbaycanlılara qarşı faşist addım – Məşhur şirkət məhkəməyə verilir - Şəkil
Azərbaycanlılara qarşı faşist addım – Məşhur şirkət məhkəməyə verilir - Şəkil
Azərbaycanlılara qarşı faşist addım – Məşhur şirkət məhkəməyə verilir - Şəkil










Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar