Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Komitə sədri: Gələn il maaşlar, müavinətlər, pensiyalar artırılacaq

Tarix: 20-09-2019 13:14     Baxış: 4153 A- / A+
 Komitə sədri: Gələn il maaşlar, müavinətlər, pensiyalar artırılacaq

2020-ci ilin dövlət büdcəsinin böyük bir hissəsi - təxminən 40 faizi sosial sahəyə yönəldiləcək. Bununla da Azərbaycanın büdcəsi sosial yönümlü və sosial tutumlu olur.

Bunu oxu.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Deputat bildirib ki, 2020-ci il Azərbaycan dövlətçiliyi tarixində sosial məqsədlərə ən çox vəsait ayrılan il kimi tarixə düşəcək.

H.Rəcəbli əlavə edib ki, bununla da 2020-ci ilin büdcəsindən əməkhaqları, müavinətlər, pensiyaların artırılması nəzərdə tutulur.

“Bu il Cənab Prezidentin sərəncamları ilə müavinətlər, pensiyalar, maaşlar artırıldı. Gələn il də belə gözləntilər var”.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır.

Maliyyə Nazirliyinin yaydığı məlumata görə, bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və yaxud 5,7% çoxdur.

Gələn il büdcə xərcləri isə 25 milyard 617 milyon 700 min manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427.7 milyon manat və yaxud 1,7% çoxdur.

2020-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 27 milyard 605 milyon 300 min manat, xərcləri isə 28 milyard 192 milyon manat məbləğində proqnozlaşdırılır.

İcmal büdcənin kəsiri 586 milyon 700 min manat təşkil etməlidir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar