Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu tələbələrə təqaüd veriləcək - Qərar

Tarix: 01-09-2019 09:40     Baxış: 3176 A- / A+
Bu tələbələrə təqaüd veriləcək - Qərar

Nazirlər Kabineti 2018-ci il 19 fevral tarixli Qərarla təsdiq edilmiş “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği”ndə dəyişiklik edib.

Manevr.az xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği”ndə bir sıra dəyişikliklər edilib - 2.1-ci bəndin birinci cümləsi “Təhsil qrantı dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, aylıq təqaüd, tibbi yardım və beynəlxalq nəqliyyat xərclərini əhatə edir.” - redaksiyası ilə verilib.

2.3-cü bənddə “Nəqliyyat” sözü “Beynəlxalq nəqliyyat” sözləri ilə əvəz olunub. 3.2.2-ci yarımbəndin birinci cümləsinə və üçüncü cümləsinə hər iki halda “nəqliyyat” sözündən əvvəl “beynəlxalq” sözü əlavə edilib, ikinci cümləsində “Nəqliyyat” sözü “Beynəlxalq nəqliyyat” sözləri ilə əvəz olunub.

Həmin Qaydalara əlavə - “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində verilən təhsil qrantının məbləği” üzrə: “(viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, zəruri tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, ildə bir dəfə ölkələrinə gediş və gəliş)” sözləri çıxarılıb; “Qeyd”də “nəqliyyat” sözü “beynəlxalq nəqliyyat” sözləri ilə əvəz olunub.

Qərara əsasən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Azərbaycanın ali təhsil müəssisələrində qrantla təhsil alan vətəndaşlarına təqaüd veriləcək.report


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar