Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Vüqar Bayramov uşaq pulu məsələsini yenidən gündəmə gətirdi: Hansı yaşa nə qədər? - VİDEO

Tarix: 20-08-2019 17:15     Baxış: 4285 A- / A+
Vüqar Bayramov uşaq pulu məsələsini yenidən gündəmə gətirdi: Hansı yaşa nə qədər? - VİDEO

Son zamanlar uşaq pulunun bərpa edilməsi ilə məsələsi tez-tez gündəmə gəlir və ictimai rəydə də bu məsələ daim müzakirə olunur. Əksər iqtisadçı ekspertlər və Milli Məclisin üzvləri çıxışlarında dəfələrlə uşaq pulunun bərpa edilməsini zəruri hesab ediblər.

Qeyd edək ki, 2006-cı il 1 iyun tarixindən etibarən Azərbaycanda "uşaq pulu” verilmir.

Lakin dünyanın inkişaf etmiş ölkələrində uşaqlar üçün sosial müavinət hazırda da mövcuddur. 18 yaşına qədər uşaqların dövlət tərəfindən təminatı həm, əksər MDB ölkələrində, həm Avropada mühim əhəmiyyət kəsb edir.

Azərbaycanda bu məsələni ən çox gündəmə gətirən və konkret təkliflər paketi hazırlayaraq hökumətə təqdim edən iqtisadçı alim, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov növbəti dəfə Musavat.com-un kamerası önündə uşaq pulunun bərpası ilə bağlı fikirlərini səsləndirib.

İqtisadçı alim uşaqların müxtəlif yaş qruplarına uyğun optimal məbləğlər təklif edərək, mərhələli şəkildə bu prosesə başlanmasını zəruri hesab edib.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.musavat.com



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar