Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ərəblər qadınlarımıza pis gözlə baxarlarsa, igid oğlanlarımız onların gözünü deşər - DEPUTAT

Tarix: 19-08-2019 21:31     Baxış: 3131 A- / A+
Ərəblər qadınlarımıza pis gözlə baxarlarsa, igid oğlanlarımız onların gözünü deşər - DEPUTAT

“Kim nə bilir ki, küçədəki qadın əxlaqsızdı. Bəlkə kimisi geyinib hansısa əzizini gözləyir, ya da kimsə tanışıyla bir yerdə oturub çörək yeyəcək”.

Manevr.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib. “Tarqovı”da azərbaycanlı qızların özlərini ərəb turistlərə təklif etməsi ilə bağlı xəbərlərə reaksiya verən millət vəkili deyib ki, hər yerdə var ki, qadın bəzənib-düzənsin, geyinib-keçinsin: “Biz hardasa yaxşı geyinən qadın görürüksə, o saat deyirik ki, əxlaqsız qadındı. Bunların hamısı bizim xalqın adına yazılır. Belə şeyləri açıb-ağartmamalıyıq, əksinə tərbiyə etməliyik. Amma hamı bir ağızdan deyir ki, “Torqovı”da əxlaqsızlıq baş alıb gedir”.

Tahir Rzayev bildirib ki, bütün qadınları əxlaqsız adlandırmaq olmaz:

“Çox vaxt deyirlər ki, qızlarımız ərəblərlə tanış olur-filan. Bunların hamısı yalan sözlərdir. Heç vaxt bizim qızlar öz namuslarını alçaldıb hansısa bir yöndəmsiz ərəblə söhbət eləməz.

Ola bilər ki, dostluq münasibəti ilə tanış olarlar, bunun əksini düşünmək olmaz. Olar ki, qadınlarımız turistdən intervyu götürər. Biz qadınlarımızı o qədər aşağı səviyyədə təqdim edirik ki… Qızlarımızın, qadınlarımızın qeyrəti bizim qeyrətimizdi, bütün Azərbaycanın qeyrətidi.

Əgər ərəblər qadınlarımıza pis gözlə baxarlarsa, polisimiz, igid oğlanlarımız onların gözünü deşər. Lakin bunu yaymaq düzgün deyil. Mənim Azərbaycanımın qadınları hamıdan namusludu, hamıdan qeyrətlidi. İndi içində bir-ikisi “elə”dirsə, bunu onların timsalında bütün Azərbaycan xanımlarına yaraşdırmaq düzgün olmaz. Mən öz qadınlarımızı Günəş, Ay hesab edirəm”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar