Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məktəbli formalarının qiyməti açıqlandı

Tarix: 17-08-2019 16:20     Baxış: 3142 A- / A+
Məktəbli formalarının qiyməti açıqlandı

Vahid məktəbli formaları 40-46 manata təklif edilir.

Manevr.az xəbər verir ki, bu barədə oxu.az-a Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov məlumat verib.

O bildirib ki, 2010-cu ildən vahid məktəbli formalarının istehsalı Bakı Tikiş Evinə həvalə edilib:

"Ümumiyyətlə, bu gün orta ümumtəhsil müəssisələrində 1-6-cı siniflər üçün ayrı model, 7-11-ci siniflər üçün isə ayrı model məktəbli forması mövcuddur. Aşağı siniflər üçün vahid formanın qiyməti 40 manat, yuxarı siniflər üçün isə 46 manatdır.

Qanunla 100 manatdan aşağı satılan məhsulun keyfiyyətinə zəmanət verilməsə də , biz məhsullarımıza ən azı bir il zəmanət veririk. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bizə əmtəə sertifikatı verib. Bizim məktəbli formalarımız kifayət qədər keyfiyyətlidir. İstifadə etdiyimiz materiallar Türkiyədən gətirilir və keyfiyyətinə cavabdehik".

E.Əzimov vahid məktəbli formalarından şikayət edən valideynlərə müraciət edib:

"Vahid məktəbli formalarımızın modellərini oğurlayan "işbazlar" zirzəmi şəraitində fəaliyyət göstərən sexlərdə geyim istehsal edir. Üzərinə Bakı Tikiş Evinin etiketlərini vuraraq saxta geyimləri müxtəlif yollarla satışa çıxarır. Bununla mübarizə aparırıq. Geyimləri beş manat daha ucuz sataraq qazanc əldə edirlər.

O geyimlər, təbii ki, keyfiyyətsiz olacaq və uşaqlar üçün də təhlükəlidir. Geyimlərin orijinal olduğunu yoxlamaq üçün sertifikat tələb etsinlər. Vağzaldan, Bakı Tikiş Evinə aid olmayan müxtəlif satış məntəqələrindən geyimlər almasınlar".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar