Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu gün hava necə olacaq? - PROQNOZ

Tarix: 08-07-2019 12:01     Baxış: 3123 A- / A+
Bu gün hava necə olacaq? - PROQNOZ


Bu gün Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, mülayim şimal küləyi əsəcəyi gözlənilir.

Verilən məlumata görə, havanın temperaturu gecə 20-23° isti, gündüz 28-33° isti, Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti təşkil edəcək.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar