Sizin Reklam Burada
Xəbər lenti
22 sentyabr
21 sentyabr
BÜTÜN XƏBƏRLƏR

Qadınlar niyə xəyanət edir? "Kişi öz həyat yoldaşına bunları deyəndə..." - Psixoloq rəyi

Tarix: 12-06-2019 15:19     Baxış: 342 A- / A+
Qadınlar niyə xəyanət edir? "Kişi öz həyat yoldaşına bunları deyəndə..." - Psixoloq rəyi


Qadınlar niyə xəyanət edir? Son illərdə qadın xəyanətlərinin artmasını sosial şəbəkələrdə lüks həyatın təbliği ilə əlaqələndirmək olar mı?

Manevr.az bu məsələ ilə bağlı psixoloqların fikirlərini öyrənib.
Psixoloq Gülnar Orucova düşünür ki, qadınlar həyat yoldaşlarından istədikləri qayğını və sevgini görmədikdə xəyanəti seçirlər:

"Qadın xəyanəti deyəndə ki, xəyanəti qadına, kişiyə, bölgəyə, şəhərə görə ayırmaq olmaz. Çünki cəmiyyətdə hər zaman xəyanət olub, istər rayonlarda, istər şəhərdə. Ancaq xəyanətin səbəbləri müxtəlif olur. Kimi sırf sevgisizlik yaşadığı üçün xəyanət edir ki, o sevgini yaşasın, kimi pula, var-dövlətə görə xəyanət edir, kimi də qisas almaq üçün edir. Xəyanəti yaradan müxətlif səbəblər olur və bu səbəblər sırf ailənin özündən yaranır.Uzun illər bir yerdə yaşadıqdan sonra ər-arvad arasındakı hisslər sanki adiləşir. Kişi öz xanımına həyat yoldaşı kimi yanaşmır. Qadınlar qulağı ilə sevir, ona görədə qadın o xoş sözlərə həsrət qalanda həyatında boşluq yaranır. Nəticədə qadın xəyanət edir. Birdə, qadın həmişə özünə arxa dayaq axtarır. Qadın ərini özünə dayaq kimi hiss etməyəndə hökmən başqa bir insanı axtarır. Statistikaya nəzər salsaq görərik, bir kişi evləndikdən 3 gün sonra, bir qadın evləndikdən 7-9 il sonra xəyanət edə bilər. Yəni 7-9 ildən sonra qadın özgüvən qazanır, ərinin etibarını qazanır və xəyanət edir."
Psixoloq sosial şəbəkələrin geniş yayılmasının xəyanətlərə təsiri ilə bağlı isə bunları bildirib:

"Bunda sosial şəbəkələrin də rolu var. Bugün sosial şəbəkələrdə xəyanətləri göstərərək, təbliğ edərək insanların gözündə adiləşdirirlər və nəticədə insanlar xəyanətə daha çox meyilli olur. Bugün dəbdəbəli həyatı ehtiva edən seriallar çıxıb. Qadınlar da baxırlar ki, bu cür həyat var, bu cür geyimlər, zinət əşyaları da var. Bu şeylərə aldanaraq qadınlar sədaqətsizlik edirlər. Yaxud da belə deyərdim, bugün xanımlar öz ayaqları üzərində dayana bilmirlər, iş tapa bilmirlər və yaxur işləmək istəmirlər və nəticədə özlərini təmin edəcək insan axtarırlar".

Psixoloq İlahə Dəmirbəy isə vurğulayıb ki, sosial şəbəkələrin bu məsələdə rolu olsa da, əsas səbəb kimi bunu görməyimiz doğru olmaz:

"Xəyanət deyəndə insan həmişə buna şok xəbər kimi baxır, bu mövzu insanlarda maraq yaradır. Xəyanətin cinsi yoxdur, ümumiyyətlə fərdlərdən biri xəyanət edirsə deməli ailədə sarsılmalar var. Bir söz var deyir, günah həmişə öldürəndə yox, öləndə olur. Türk və müsəlman ölkələrində kişilərin xəyanəti elədə pis qarşılanmır, hətta bununla fəxr edirlər. Bununla sanki "biz kişiyik, edə bilərik" deyə düşünürlər, halbuki xəyanətin cinsi yoxdur. Hər halda qadın xəyanətlərindən danışsaq, araşdırmalara baxarsaq, qadınların xəyanət səbəbi çox az hallarda cinsi təlabat olur. Əsasən səbəblər sevgi və qayğı, ünsiyyət əskikliyidir. Kişi əgər mənəvi olaraq onunla maraqlanmırsa, ona dayaq olmursa bu qadına sarsıntı verir. Kişilərin qadına "sən artıq kökəlmisən, əvvəlki kimi gözəl deyilsən" deyirlər, kişi qadına bunu deyəndə qadın özünə daha çox dəyər verən birini axtarmağa başlayır. Nəticədə qarşısına ona daha çox dəyər verən biri çıxanda sanki axtardığı “sevgisini” onda tapır".

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar