Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Avropa Parlamentinə kim seçildi?

Tarix: 27-05-2019 09:52     Baxış: 3116 A- / A+
Avropa Parlamentinə kim seçildi?


Avstriya, Fransanın ilkin nəticələri açıqlanıb

Ötən gün Avstriyada Avropa Parlamentinə seçkilər keçirilib. Səsvermənin ilkin nəticələrinə görə Avstriya Xalq Partiyası (ÖVP) seçkilərdə qələbə qazanıb. Federal kansler Sebastian Kurtsun rəhbərlik etdiyi bu partiya seçkilərdə 34,9 faiz səs toplayıb. Bununla da ÖVP Avropa Parlamentindəki mandatlarının sayını beşdən yeddiyə qaldırıb.

İkinci yerdə isə Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) qərarlaşıb. Bu partiyaya seçicilərin 23,4 faizi rəğbət göstərib və mandat sayını (beş mandat) olduğu kimi qoruyub saxlaya bilib.

Video qalmaqalına görə istefa verən vitse-kansler Haynts-Kristian Ştraxenin mənsub olduğu Avstriya Azadlıq Partiyası (FPÖ) 17,2 faiz səs toplayıb (ötən seçkidən 2,5 faiz az) və Avropa Parlamentinə dörd deyil, üç nümayəndə göndərə biləcək.

Yaşıllar Partiyası isə 14 faiz səslə mandatların birini itirərək Avropa Parlamentində iki nümayəndə ilə təmsil olunacaq.

NEOS (Yeni Avstriya və Liberal Forum) partiyası isə 8,7 faizlə mandatın sayını dəyişməz saxlaya bilib (bir nümayəndə). Seçkilərdə iştirak edən digər partiyalar isə tələb olunan həddi keçə bilməyib.

İlkin hesablamalara görə, Fransada keçirilən Avropa seçkilərində də Milli Birlik Partiyası (Rassemblement National) 24 faiz səs toplayaraq İrəli Respublika Partiyasından öndə qərarlaşıb. Üçüncü yerdə Ekologistlər Partiyası gəlir.

Riqanın meri vəzifəsindən kənarlaşdırılan və "Razılıq" partiyasının siyahısına rəhbərlik edən Nil Uşakov da Avropa Parlamentinə deputat seçilib. "Razılıq" partiyası parlamentdə iki mandat qazanıb. Onlardan ikincisi Riqanın sabiq mer müavini Andris Ameriksinin payına düşüb.

Latviyada Avropa Parlametinə seçkilər mayın 25-də keçirilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar