Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sürücülük etibarnaməsi ilə bağlı - YENİLİK

Tarix: 24-05-2019 23:34     Baxış: 2168 A- / A+
Sürücülük etibarnaməsi ilə bağlı - YENİLİK

Azərbaycanda avtomobillərin idarə olunması ilə bağlı etibarnamənin verilməsi xidməti elektronlaşdırılıb.

Manevr.az xəbər verir ki, bunu “Reaktiv Xidmətlərdən Proaktiv Xidmətlərə” adlı “myGov” portalının (my.gov.az) təqdimat mərasimində çıxış edən Elektron Hökumətin İnkişaf Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

Onun sözlərinə görə, artıq istifadəçilər “myGov” portalında olan “Şəxsi kabinet” vasitəsilə avtomobil sahibləri istədikləri şəxsə avtomobilin etibarnaməsini verə biləcəklər.

“Xidməti istifadə etdikdə avtomobil və etibarnamənin kim tərəfindən veriləcəyi seçilir, daha sonra etibarnamə veriləcək şəxsin fərdi identifikasiya nömrəsi seçilir və “davam et” düyməsi vurulur. Qeyd edim ki, etibarnamənin müddəti birillikdir. Etibarnamə verilən şəxsin sürücülük vəsiqəsinin müddəti bir ildən az olduğu halda, etibarnamə yalnız qalan müddətə verilir”, – deyə F. Cəfərov qeyd edib.

Mərkəzin direktoru həmçinin bildirib ki, bu xidmət üzrə rüsumu hər iki tərəf ödəyə bilər və ödənişlə bağlı tərəflərin “Şəxsi kabinet”lərinə müvafiq bildirişlər göndəriləcək.ona

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar