Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ərzaq məhsulları BAHALAŞACAQ? - İqtisadçı AÇIQLADI

Tarix: 14-05-2019 19:07     Baxış: 3179 A- / A+
Ərzaq məhsulları BAHALAŞACAQ? - İqtisadçı AÇIQLADI

“Yay aylarında daxili istehsal yüksək olduğuna görə, bazarda kəskin bahalaşma gözlənilmir”.

Bunu iqtisadçı İlham Əzizov redaktor.az-a açıqlamasında ərzaq məhsullarındakı 2%-lik qiymət artımını şərh edən zaman bildirib.

Onun sözlərinə görə, bu artım hər hansı təhlükəyə yol açmır:

“Hazırda ölkədə ərzaq məhsullarının artım tempi normaldır. Yanvar-fevral aylarında yerli kənd təsərrüfatı məhsulları olmur. Əsasən xarici ölkədən gətirilən məhsullar üstünlük təşkil edir. Bu isə qiymət artımına səbəb olur. Ümumilikdə artımla bağlı vəziyyəti normal hesab etmək olar. Son dövrlər monopoliyanın aradan qaldırılması ilə bağlı görülən tədbirlər məhsulların qiymətinin kəskin bahalaşmasına mane olacaq”.

İqtisadçı vurğulayıb ki, nəzarətdə olan inflyasiya iqtisadi inkişafa müsbət təsir edir:

"Birrəqəmli infilyasiyalar inkişafa mane olmur. İkirəqəmli inflyasiya isə mənfi nəticələrə səbəb olur. Ümumilikdə, ölkədə valyuta ehtiyatlarının həcmi inflyasiyanı nəzarətə saxlamağa imkan yaradır".

Qeyd edək ki, 2019-cu ilin yanvar-aprel aylarında cari ilin müvafiq dövrünə nisbətən ərzaq məhsulları, içki və tütün məmulatlarının qiymətləri 2,0 faiz bahalaşıb. Bahalaşma əsasən düyü, manna yarması, makaron məmulatları, qoyun və toyuq əti, kolbasa məmulatları, yoqurt, xama, kərə, qarğıdalı və zeytun yağları, süfrə marqarini, limon, portağal, alma, heyva, şabalıd, kələm, balqabaq, bibər, badımcan, çuğundur, yerkökü, kartof, soğan, sarımsaq, şəkər və şəkər tozu, qəhvə, çay və kakao, spirtli içkilərin qiymətində müşahidə olunub.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar