Sizin Reklam Burada
Xəbər lenti
06 iyul
05 iyul
04 iyul
BÜTÜN XƏBƏRLƏR

"Yeddidən yetmişədək bu savaşda müsəlləh əsgərik..."- Prezidentə müraciət

Tarix: 29-06-2020 21:00     Baxış: 479 A- / A+
"Yeddidən yetmişədək bu savaşda müsəlləh əsgərik..."- Prezidentə müraciət

İşğal altında olan Qarabağ, Kəlbəcər və Laçın ictimaiyyətini təmsil edən bir neçə İctimai Birlik prezidentə müraciət ünvanlayıb.

Manevr.az müraciətin mətnini təqdim edir:

"Azərbaycan Respublikasının Prezidenti,

Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı

İlham Əliyev cənablarına


Hörmətli cənab Prezident, Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycanın Qarabağ ərazisinin və ətraf rayonların erməni silahlı qüvvələri tərəfindən işğalından 30 ilə yaxın vaxt keçir. Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunması ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin, beynəlxalq təşkilatların çoxsaylı qərar və sənədlərinin olmasına baxmayaraq Ermənistan bu çağırışları illərdir ki, qulaqardına vurararaq işğal aktını davam etdirir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin dinc yolla həll edilməsi ilə bağlı illərdən bəri apardığı saysız-hesabsız görüşlər də heç bir nəticə vermir. Sizin dəfələrlə erməni rəhbərliyinə çağırışlarınız da qarşı tərəfdən reallıqla qiymətləndirilmək əvəzinə, riyakarcasına şantaj olunur. Əvəzində isə erməni rəsmilərinin Azərbaycana qarşı yeni sərsəm torpaq iddiaları ortaya atılır. Ermənistanda hakimiyyətlər dəyişsə də Azərbaycan torpaqlarının işğalda saxlanılmasına münasibət dəyişmir.
Cənab Ali Baş Komandan, Sizin dəfələrlə açıq mətnlə qeyd etdiyiniz kimi bu günkü Ermənistan adlanan dövlət Azərbaycan torpaqları hesabına yaradılıb. “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra torpaqlarımızın parçalanması, xarici dövlətlərdən ermənilərin kütləvi şəkildə torpaqlarımıza köçürülməsi və Azərbaycan torpaqlarında Ermənistan adlı qurama bir dövlətin yaradılması erməni şovinizmini daha da şirnikləndirib. Son illər ermənilərin Yuxarı Qarabağda və işğal olunmuş yeddi rayonumuzda geniş məskunlaşdırma və tikinti işləri aparması düşmən dövlətin torpaqlarımızı heç bir şəkildə azad etmək fikrində olmadığından xəbər verir. Azərbaycanla Ermənistan arasında davam edən bu münaqişənin sülh yolu ilə həllini üzərinə götürmüş ATƏT-in Minsk qrupunun uzun illərdən bəri ikibaşlı mövqeyi və susqunluğu isə bu qurumun mənəvi iflasından xəbər verir.
Cənab Prezident, biz Qarabağdan və ətraf rayonlardan olan bir milyondan artıq məcburu köçkün də ölkəmizin siyasi rəhbərliyi kimi bu duruma dözmək və işğalla barışmaq fikrində deyilik. Yeddidən yetmişədək hər bir məcburi köçkün xalqımızın bu haqq savaşında dövlətimizin və ordumizun arxasında müsəlləh əsgər olaraq dayanmağa hazırdır. Torpaqlarımızın silah gücünə azad olunmasına ölkəmizin Konstitusuyası və bütün beynəlxalq hüquqi sənədlər tam əsas verir. Yetər ki, nəhəyət, döyüş əmri verəsiniz. Tanrı dövlətimizi və millətimizi qorusun.

“Qarabağa Qayıdış” İctima Birliyi,
“Kəlbəcər Yolu” İctimai Birliyi,
“Kəlbəcərə qayıdış” İctima Birliyi,
“Laçına doğru” İctimai Birliyi"


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar