Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rafael Cəbrayılov ölkədən qaçmağa hazırlaşır – Sensasion iddia

Tarix: 20-11-2019 10:22     Baxış: 4229 A- / A+
Rafael Cəbrayılov ölkədən qaçmağa hazırlaşır – Sensasion iddia

Adı borc qalmaqalında hallanan keçmiş deputat Rəfail Cəbrayılov üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınır.

Manevr.az xəbər verir ki, yenicag.az-ın yaydığı məlumata görə, bir müddət əvvəl aldığı külli miqdarda borc qarşılığında deputat mandatını girov qoyduğu bildirilən Milli Məclisin keçmiş üzvü Rəfail Cəbrayılov aldığı pulları hələ də geri qaytarmayıb.

Saytın yazdığına görə, Rəfail Cəbrayılov keçirdiyi mətbuat konfransında verdiyi vədin əksinə və müvafiq məhkəmə qərarlarına baxmayaraq, borclarını indiyə kimi ödəməyib.

Qeyd olunur ki, sabiq deputat borc sahiblərinə yerinə yetirmədiyi vədlər verməklə, onların əsəblərini tarıma çəkməkdədir.

Digər məlumatda isə Cəbrayılovun şəxsi evinin əlindən alındığı bildirilir. Ancaq bu informasiyanı şübhə altına alan başqa məlumat da var.

Həmin informasiyaya əsasən, evini satan Cəbrayılov borclarını qaytarmaq əvəzinə, o pulları da qardaşı kimi xarici ölkələrdən birinə keçirərək, yeni biznes qurmaq hazırlığındadır.

Bunu nəzərə alan borc sahibləri Cəbrayılovun ölkədən çıxışına qadağa qoyulmasına çalışırlar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar