Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“İsa Qəmbərə vəzifə verilsin” – Ekspertdən ironik tənqid

Tarix: 23-09-2019 15:34     Baxış: 3294 A- / A+
“İsa Qəmbərə vəzifə verilsin” – Ekspertdən ironik tənqid

Təhsil eksperti Etibar Əliyev Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) sədri İsa Qəmbərin məişət zorakılığı barədə mövqeyiniə ironiya ilə cavab verib.

Manevr.az-ın məlumatına görə, Etibar Əliyev bildirib ki, İsa Qəmbər Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə işə qəbul olunmalıdır: “MSDM-nin rəhbəri İsa Qəmbər Fuad Qəhramanlı məsələsində üzə çıxıb (daha doğrusu zühur edib). Ədavət aparmaq üçün münbit şərait yaranıb, sanki bu məqamı gözləyirmiş... Adamın xisləti budur. Bəs deyirdilər bu adam xəstədir? Gördünüzmü, illərlə susan hansısa MSDM rəhbəri Fuada qarşı olan nifrətini bu məsələdən sui-istifadə etməklə necə biruzə verdi? Adama elə-belə siyasətçi demirlər”.

Məşhur vəkil, Müsavat Partiyası başqanının müavini Osman Kazımov isə təhsil ekspertini sui-istifadə ittiham edib:

“Bağlanmaqda olan mövzunu yeniləməkdə məqsədiniz nədir, yenidən Fuadı gündəməmi gətirmək, mövzunu gündəmdəmi saxlamaq? Bu, İsa Qəmbərin Fuad Qəhrəmanlıya olan nifrəti deyil, bu sizin İsa bəyə olan qərəzli münasibətinizdir. Araqarışdırmaqdır. Siz, bu hadisədən əvvəl 17 sentyabrdada səhifənizdə status yazaraq Müsavatdakı seçkiyə və İsa bəyə söz ataraq Müsavata içinizdəki kini nümayiş etdirmisiniz. Halbuki nə İsa Qəmbər, nə də hər hansı müsavatçı sizə hər hansı pis rəftar nümayiş etdirməyib”.

“Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli isə Etibar Əliyevə etiraz edib: “Etibar bəy, ironik yanaşmana sözüm yox, amma İsa Qəmbəri yaxud ümumiyyətlə bir insanı həmişə yataq xəstəsi görmək istəməklə, şəxsiyyətinizi çox ucuzlaşdırmış oldunuz”.

Professor, hazırda Türkiyədə yaşayan Kamil Vəli Nərimanoğlu da MSDM-nin sədri İsa Qəmbəri tənqid edib: “İsanın ciddi səhvinə üzüldüm. Bunun adı siyasi kəmfürsətlikdir”.

İsa Qəmbər Qəhrəmanlı ailəsində baş verənlərin ailədaxili məsələ olmadığı bildirmişdi. “Qadına qarşı, uşağa qarşı zorakılıq ailə daxili məsələ deyil. Bu bizim hamımıza toxunan məsələdir. Buna susmaq isə yolverilməzdir. Cəmiyyətdən, ailənin reaksiyasından qorxmayıb səsini qaldıran hər bir qadın isə cəsarət nümayiş etdirir. Bizə bu cəsarətdən daha çox lazımdır. Zorakılığa qarşı səsinizi qaldırmaqdan çəkinməyin. Bu bir hadisəyə, bir adama, bir quruma aid yazı deyil. Mən Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri kimi bəyan edirəm ki, MSDM-də ailəiçi şiddətə yol verən və yaxud belə hadisələrə loyal yanaşan kimsə varsa, özü bizdən kənarlaşsın. Biz belə birini görsək onu kənarlaşdıracağıq. Və mənə doğma Müsavat Partiyasından başlamış bütün qurumlara da belə mövqe bildirməyi tövsiyə edirəm. Özündən zəifə zor göstərənin özünü insan hesab etməyə haqqı yoxdur!”,- deyə MSDM sədri vurğulamışdı.yenisabah.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar