Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

İqtidar-müxalifət görüşündə Qarabağ gərginliyi

Tarix: 11-09-2019 13:38     Baxış: 3257 A- / A+
İqtidar-müxalifət görüşündə Qarabağ gərginliyi

"Niyə digər münaqişələrlə bağlı da Minsk qrupu kimi vasitəçi təşkilat yoxdur?".

Manevr.az xəbər verir ki, bunu Azərbaycan Demokrat Partiyasının sədri (ADP) sədri Sərdar Cəlaloğlu iqtidar və müxalifət partiyalarının birgə iştirak etdiyi dəyirmi masada deyib.

ADP sədri söyləyib ki, Minsk qrupunun məqsədi Qarabağı hansısa formada Azərbaycandan alıb, Ermənistana verməkdir.

Sərdar Cəlaloğlu bu fikirləri YAP sədrimnin müavini-icra katibi Əli Əhmədovun etirazına səbəb olub. YAP rəsmisi qeyd edib ki, heç bir beynəlxlaq təşkilatın hansısa dövlətin daxili işlərinə müdaxilə etmək səlahiyyəti yoxdur: "Minsk qrupu kimi təsisatlar sadəcə vasitəçilik funksiyasını yerinə yetirə bilər. Bu və ya digər məqamlarda qeyri-ciddi arqumentlər gətirməklə mətbuata insanları çaşdıran fikirlər yönəltmək düzgün deyil".

Ə.Əhmədov Sərdar Cəlaloğlunun Prezident İlham Əliyevin Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev arasındakı görüşlə bağlı səsləndirdiyi fikirlərə də cavab verib: "Patruşevlə danışıqlarda sən Sərdar Cəlaloğlu iştirakmı etmisən?! Bilmədiyin halda niyə ağlına gələn bəyanatlarla çıxış edirsən?! Bizdə də "Dostluq" ordeni var. Rusiyada da həmçinin bu ənənə var. Bu, torpağın qorunmasına və müdafiə olunmasına görə deyil. Sadəcə, dövlətlər və ölkələrarası münasibətlərə töhfə verildiyinə görə verilir. Qeyri-ciddi fikirlər deməklə mətbuatı çaşdırmaq lazım deyil. Biz burada dedi-qodu ilə məşğul olmamalıyıq. Halbuki, müzakirə mövzusu başqadır. Etiraf etmək lazımdır ki, Azərbaycanın hansısa səviyyəyə qalxdığını hər kəs yaxşı bilir. 20 il əvvəlki Azərbaycan indiki kimi idi?!".modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar