Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Azərbaycanda səfərdə olarkən istefa verməyim düzgün deyildi" - Gürcüstanın sabiq spikeri

Tarix: 01-07-2019 20:34     Baxış: 4196 A- / A+
"Azərbaycanda səfərdə olarkən istefa verməyim düzgün deyildi"


Gürcüstan parlamentinin keçmiş sədri İrakli Kobaxidze istefasına dair ilk dəfə olaraq açıqlama verib.

Sabiq spiker istefası barədə qərarın prinsipial olduğunu bildirib.

İ.Kobaxidze deyib ki, rusiyalı deputatın Gürcüstan parlamenti sədrinin kürsüsündə əyləşməsi ilə bağlı məsuliyyət onun üzərində olub: "Buna görə də mən hakim komandaya vəzifəmi tərk etməklə bağlı qərarımı bildirdim. İstefamın tələb olunduğu vaxt vəzifəmdən getməməyimə gəlincə, mən həmin gün Azərbaycanda səfərdə idim və bu cür qərarların digər ölkədə qəbul olunması düzgün deyil”.

Qeyd edək ki, İ.Kobaxidze iyunun 20-də Azərbaycana ilk rəsmi səfər edib. Rusiya Dumasının üzvü Sergey Qavrilovun Gürcüstan parlamentində keçirilən Parlamentlərarası Pravoslav Assambleyasının 26-cı Baş Assambleyası zamanı spikerin kürsüsündə əyləşməsi ölkədə ciddi etirazlara səbəb olub. Etirazlar fonunda İ.Kobaxidze Azərbaycana səfərini yarımçıq qoyaraq vətənə qayıdıb və iyunun 21-də vəzifəsindən istefa verib./report/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar