Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nazarbayevin Putinə mesajı - Qazaxıstanda milli oyanış/Şərh

Tarix: 23-02-2019 08:56     Baxış: 4220 A- / A+
Nazarbayevin Putinə mesajı

"Qazaxıstan prezidenti Nursultan Nazarbayevin son addımları Kremli narahat etməyə bilməz. Nazarbayev sözdə Rusiyanı müttəfiq dövlət adlandırır, ancaq son vaxtlar əlindən gələni edir ki, bu dövlətdən asılı olmasın. Doğru da edir. Rusiya ilə müttəfiqlik kimə xeyir gətirib ki? Nazarbayev son çıxışlarında türkçülükdən və türk etnosunun böyüklüyündən çox danışır, gənclərə bununla bağlı öyüd-nəsihət verir."

Manevr.az
xəbər verir ki, bunu siyasi ekspert Elxan Şahinoğlu Qazaxıstan prezidenti Nursultan Nazarbayevin son vaxtlar sərgilədiyi siyasəti şərh edərkən bildirib.

Onun sözlərinə görə, Nazarbayev sanki bununla əlaqədar bir neçə il əvvəl “vaxtilə Qazaxıstan adlı dövlət olmayıb” deyən rusiyalı həmkarı Putinə mesaj göndərir ki, “biz böyük xalqıq və qazax türkləri ilə hesablaşmalısan”.

"Qazaxıstanın şimalında rusların sayı çoxdur. Nazarbayev son illərdə həmin bölgələrdə qazaxların artımına ciddi diqqət yetirir. Üstəgəl Nazarbayevin bugünlərdə hökuməti istefaya göndərməsi də Kremldə bu sualı gündəmə gətirib: “Nazarbayev nə etmək istəyir, beynindəki plan nədən ibarətdir?”. Məsələ burasındadır ki, yaşlı Nazarbayev özünə varis seçməlidir və Kreml ehtiyat edir ki, bu seçim Rusiyanın maraqlarına uyğun olmaya da bilər. Nazarbayevin son qərarı da diqqəti çəkir. Qazaxıstan milli pul vahidinin üzərindən rus dilindəki yazılar çıxarılıb. O biri tərəfdən Nazarbayev dönə-dönə deyir ki, qazaxlar 3 dildə danışmağı bacarmalıdırlar: qazax, rus və ingilis. Halbuki, əvvəllər yalnız iki dilin vacibliyindən danışılırdı. Nazarbayev hökumətin və parlamentin iclaslarının qazax dilində aparılması tələbini də qoyub. Bir sözlə Nazarbayevin başçılığı ilə Qazaxıstanda milli oyanış prosesi gedir", deyə E.Şahinoğlu qeyd edib.teleqraf.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar