Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Erməni terrorçunun büstü sökülməlidir” — Gürcüstan parlamentinin deputatı Azər Süleymanov

Tarix: 06-02-2019 07:37     Baxış: 3327 A- / A+
“Erməni terrorçunun büstü sökülməlidir”

Gürcüstan parlamentinin deputatı Azər Süleymanov Axalkalakidə terrorçu,separatçı Mixail Avaqyana abidə qoyulması ilə bağlı parlamentdə çıxış edib.


Manevr.az
xəbər verir ki, parlamentin 2019-cu il 9-cu çağırış yaz sessiyasının ilk iclasında Vahid Milli Hərəkat partiyasının deputatı Azər Süleymanov Mixal Avaqiyanın büstü ilə bağlı çıxış edərək, dünya azərbaycanlılarının 20 yanvar hadisələrini qeyd etdiyi ərəfədə separatçıya Gürcüstan torpağında büstün qoyulmasını pisləyib və höküməti bununla bağlı ciddi addım atmağa çağırıb:

“20 Yanvar günü dünya azərbaycanlılarının hüzn günü nəyə görə Gürcüstan torpağında əli yalın insanlara qarşı vuruşan, Xocalıda dinc insanları qətlə yetirən və Azərbaycan xalqının düşməni olan Mixail Avaqyana büst qoyulub. Ən pisi budur ki, orada büstün açlışında Gürcüstan dövlətinin deputatları, bələdiyyə sədri, meri və Ermənistanın ölkəmizdəki səfiri iştirak ediblər. Bu xalq arasında böyük bir narahatçılıq və ajiotaj yaratdı. Cənab Kobaxidze mən sizdən bir cavab istəyirəm ki, sizin deputatlarınız orada iştirak edib və istəyirəm ki, siz buna qiymət verəsiz”-deyə,millət vəkili vurğulayıb.

Deputat həmçinin çıxışı zamanı sözü gedən büstün sökülməsi tələbini səsləndirib.
“Cənab Kobaxidze bizim xahişimiz odur ki, Gürcüstanın imicinə yaxşı olmayan o, büst oradan götürülsün və bu kimi hallar Gürcüstanda bir daha təkrarlanmasın”.

Parlamentin sədri İrakli Kobaxidze isə çıxışında iki ölkə arasında əlaqələrə toxunub.
"Biz ki, istəmərik ki,ölkələrimiz arasında bu kimi hallar əlaqələrimizə dostluğumuza zərər gətirsin. Düşünürəm ki, biz bu məsələ ilə bağlı iki ölkə arasında müzakirələr aparacağıq və imkan verməyəcəyik ki, mövcud olan möhkəm əlaqələrimizə mənfi təsirlər etsin".ölkə.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar