Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyədə şəhidlər abidəsinin açılışı oldu - FOTO

Tarix: 16-07-2017 13:14     Baxış: 3372 A- / A+
 Türkiyədə şəhidlər abidəsinin açılışı oldu
Açılışı Türkiyə prezidenti etdi

Türkiyədə 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhd zamanı həlak olanların xatirəsi əbədiləşdirilib.

Manevr.az "HaberTürk"ə istinadən xəbər verir ki, 15 iyulda həlak olanların xatirəsinə paytaxt Ankarada abidə ucaldılıb.

Bu gün səhər abidənin açılışı olub. Açılış mərasimində prezident Rəcəb Tayyib Ərdoğan, dövlət və hökumət rəsmiləri, deputatlar, sıravi vətəndaşlar iştirak ediblər.

Mərasimdə çıxış edən Ərdoğan bildirib ki, bu abidə gələcək nəsillərə türk xalqının qəhrəmanlarından bəhs edəcək.

“15 iyulu nə biz unutduq, nə də gələcək nəsillərə unutduracağıq. Necə ki, Çanaqqalanı unutmuruq, hər fürsətdə yad edirik. 15 iyul da belə bir dönüş nöqtəsi oldu. Onların əlində inamdan başqa heç nə olmayıb. Ancaq onlar təyyarə və tankları dayandırmağı bacardılar. Biz şəhidlərimizi torpağa tapşırsaq da, qəlbimizdə daim yaşayacaqlar. Çevrilişin təşkilatçıları isə təkrar-təkrar ölə-ölə, həbsxana divarları arasında çürüyəcəklər”, - deyə Türkiyə prezidenti qeyd edib.

Qeyd edək ki, abidə Ankarada Prezident Sarayının yaxınlığında ucaldılıb. Abidənin qoyulduğu yerdə 2016-cı ilin 15 iyulunda qiyamçıların aviazərbələri nəticəsində 30 nəfər həlak olub.

Dövlət çevrilişinə cəhdin ildönümü ilə bağlı bir neçə gündür ki, Türkiyənin bütün ərazisində kütləvi aksiyalar keçirilir.
 Türkiyədə şəhidlər abidəsinin açılışı oldu











Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar