Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Amerikalı müğənni Kürdəmirdə pulsuz konsert verəcək

Tarix: 13-04-2017 20:33     Baxış: 1602 A- / A+
Amerikalı müğənni Kürdəmirdə pulsuz konsert verəcək


ABŞ səfirliyi Azərbaycanla diplomatik əlaqələrinin 25 illiyi şərəfinə Muğam Mərkəzində qala ziyafət keçirib.

Tədbirdə ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin tarixinə həsr olunmuş video nümayiş olunub. ABŞ səfiri Robert Sekuta və mədəniyyət və turizm naziri Əbülfəz Qarayev çıxış edib. Ziyafətdə Azərbaycana səfərə gəlmiş Amerikalı vokalist Qabriel Stravelli tanınmış azərbaycanlı müğənni Sevda Ələkbərzadə ilə birlikdə caz ifa ediblər. ABŞ-ın Azərbaycandakı Səfirliyi Qabriel Stravellinin aprelin 10-17 tarixində Azərbaycana səfərinə sponsorluq etməkdən məmnundur.
Bakidakı qala ziyafətdən sonra Qabriel Stravelli və onun qrupu Azərbaycanın müxtəlif yerlərində ABŞ-Azərbaycan diplomatik əlaqələrinin 25 illiyinə həsr olunmuş tədbirlərdə çıxış edəcəklər. Qabriel Stravelli Azərbaycana bir daha səfər etməyindən çox məmnundur. Bundan öncə o, ABŞ-ın Dövlət Departamentinin Amerika Musiqisinin Xaricdə Təbliği proqramı çərçivəsində Azərbaycana ilk dəfə 2015-ci ilin noyabr ayında səfər etmişdir. Sözügedən proqram tanınmış Amerikalı musiqiçilərinin digər ölkələrə səfərini təşkil edərək mədəniyyət sahəsində qarşılıqlı anlayışı və əməkdaşlığı inkişaf etdirir.

Müxtəlif mükafatlar qazanmış Qabriel Stravelli həm özünün orijinal mahnılarının ifası, yeni Amerika mahnılarının ifası, həm də Dyuk Ellinqton, Dolli Parton və Conni Merser kimi müsiqiçilərin sənətlərindən bəhrələnməklə dinləyicilərin rəğbətini qazanmışdır. Qabrielin lirikası Deyvid Finklinin “fərdi expressiyanın təcəssümü” adlandırdığı xüsusi bir həssaslığa malikdir. Qabriel bu yaxında Nyu-Yorkun Metropoliten zalında Nyu York Tayms, Vall Strit Cornal və Haffinqton Post da daxil olmaqla mətbuatın tərifini qazanmış solo ifalar etmişdir. Keçən payız o, Uinton Marsalis və Linkoln Mərkəzinin Orkestrı ilə ABŞ-da turneyə çıxmış və Marsalisin

Həbəşistan adlı Qospel üslubunda mahnı ifa etmişdir.

Azərbaycanda səfərdə olan musiqi qrupu Xaçmaz, Salyan, Kürdəmir və Gəncə şəhərlərində ictimayi konsertlərlə çıxış edəcək və yerli müsiqiçilər üçün ustad dərsləri keçirəcəklər. azvision.az

Qabriel Stravellinin konsertləri ödənişsiz və ictimaiyyət üçün açıqdır.
14 aprel Salyan Kür Otelinin 15:30-16:30
15 aprel Kürdəmir Mədəniyyət Evi 15:30-16:30
16 aprel Gəncə Gənclər Yaradıcılıq Mərkəzi 15:30-16:30

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar