Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Koronavirusun gözlərdən keçdiyini göstərən 3 əlamət – Oftalmoloqdan AÇIQLAMA

Tarix: 09-04-2020 21:18     Baxış: 4333 A- / A+
Koronavirusun gözlərdən keçdiyini göstərən 3 əlamət – Oftalmoloqdan AÇIQLAMA


Amerika Oftalmoloqlar Akademiyasının araşdırmalarına əsasən. koronavirus xəstəliyi (COVİD-19) yalnız ağciyər, ürək və damar sistemini deyil, eyni zamanda gözləri də zədələyərək, viral konyunktivit adlı xəstəlik yarada bilir.


Manevr.az medicina.az-a istinadən oftalmoloq, Amerika Oftalmoloqlar Akademiyasının üzvü Günel Xalıqverdiyevanın koronavirusun gözlərdə əsas əlamətləri və necə qorunmaq barədə geniş açıqlamasını təqdim edir:

" Virus yoluxması gözlərdə 3 əsas əlamətlə özünü biruzə verir: qızartı, sulanma və yaş axma.

Lakin bu əlamətlər yalnız COVİD-19 xəstəliyi ilə bağlı yaranmayaraq, digər göz xəstəliklərinin də ilkin əlaməti ola bilər. Xoşbəxtlikdən koronavirus xəstəliyinə yoluxan insanların yalnız 1-3 %-də qırmızı göz əlamətləri müşahidə olunmuşdur.

Pandemiya dövründə xəstəliyin yoluxmasının azalması və gözlərinizin qeydinə qala bilmək üçün bəzi qaydalara mütləq riayət olunmalıdır.

Gözlərinizi ovmayın!

Dezinfeksiya olunmamış (ən az 60%-li spirt, dezinfeksiyaedici məhlul) çirkli əllərinizlə gözlərinizə toxunmayın!

Havada və ya əşyalar üzərində olan virus hissəcikləri əlinizdən gözün selikli qışasına keçərək xəstəliyin yoluxma riskini artıra bilər.

Optik linzaların istifadəsindən imtina edin!

Görmə qabiliyyətinin artırılması üçün yalnız optik eynəklərə üstünlük vermək məsləhətdir.

ƏTRAFLI
Project GLO
Qoruyucu eynəklərdən istifadə edin!

Xüsusilə insanların daha çox kütləvi olduğu yerlərdə (xüsusilə market və s.) qoruyucu eynək istifadəsi tövsiyyə olunur. 100 faizli qorunma yaratmasa belə gözünüzə düşə bilən virus hissəciklərinin xeyli hissəsinin qarşısı alınmış olur.

Acıq hava şəraitində və insanlarla sıx təmasın olmadığı məkanlarda qoruyucu eynək istifadə etməyinizə ehtiyac yoxdur.

Göz damlalarının istifadəsindən öncə mütləq əllərinizi
20 saniyə ərzində sabun və bol su ilə yuyun!

Xüsusilə də quru göz sindromu, qlaukoma, uveit, koyunktivit, diabetik retinopatiya və s. xəstəliklərindən əziyyət çəkən insanlar gözlərinə davamlı olaraq dərman tökmək məcburiyyətindədirlər. Onlar əllərinin sterilliyinə xüsusi fikir verməlidirlər.

Gözünüzdə virus konyunktivitinin əlamətlərini qızartı, sulanma, yaşaxma hiss etdiyiniz zaman panika etməyin və həkiminizlə əlaqə yaradın. O, sizə nə etməli olduğunuzu deyəcək!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar