Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məşhur həkim uzunömürlülüyün SİRRİNİ AÇDI: "Sutkada 11500 litr hava uduruq, odur ki…"

Tarix: 11-10-2019 09:24     Baxış: 3228 A- / A+
Məşhur həkim uzunömürlülüyün SİRRİNİ AÇDI: "Sutkada 11500 litr hava uduruq, odur ki…"


"İnsan gündə cəmi 3-5 dəfə yemək yeyir. Sutkada maksimum 2-3 litr maye qəbul edir. Amma dəqiqədə 16 dəfə nəfəs alır... Yəni hər dəfə orta hesabla ağciyərlərimizə 500 ml hava daxil olur. Dəqiqədə 8 litr. Sutkada 11500 litr hava uduruq. Odur ki, nəfəs aldığımız havanın təmizliyi sağlamlığın qorunması üçün hətta sudan və qidadan daha üstündür".

Manevr.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O, bildirib ki, insan havası təmiz olan rayonların birində olanda heç yorulmur:

"Bunu dərk edən insanlar tüstüdən, radiasiyadan uzaq yerdə - perifeyiyada yaşamağa üstünlük verirlər. Ekoloji təmiz su içirsə, sağlam qidalanırsa, əlbəttə ki, bəhrəsini görəcək. Deyə bilərsiniz ki, hava və suyu anladıq. Bəs qidalanma? Hərə bir pəhriz məsləhət görür. Arıqlamaq üçün olan pəhrizləri sağlam qidalanma hesab etməyin. Dünyada hazırda Araqlıq dənizi pəhrizi ən gözəl qidalanma sayılır. Çünki Monte-Karloda, Monakoda, hətta Yaponiyada belə orta ömür müddətini üstələyir. Onlar uzunömürlülüyə görə dünyada birinci yerdədilər".

Daha sonra həkim Aralıq dənizi pəhrizinin əsas müddəalarını belə sıralayıb:

Bol meyvə-tərəvəz;

Toxumlar, qoz-fındıq və s;

Protein ehtiyacını paxlalardan və dəniz məhsullardan – balıq və s təmin edin;

Orta miqdarda ağartı məhsulları;

Qırmızı ətdən imtina;

İçkilərdən isə orta miqdarda yalnız qırmızı çaxır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar