Sizin Reklam Burada
Xəbər lenti
20 oktyabr
19 oktyabr
BÜTÜN XƏBƏRLƏR

Hansı hallarda böyrəklərin təmizlənməsinə ehtiyac var? - ƏLAMƏTLƏR

Tarix: 21-09-2019 20:21     Baxış: 366 A- / A+
Hansı hallarda böyrəklərin təmizlənməsinə ehtiyac var? - ƏLAMƏTLƏR


Orqanizmin normal fəaliyyəti üçün böyrəklərin sağlam olması vacib şərtlərdən biridir. Məhz buna görə də qidalanmada, həyat tərzində böyrəklərin qayğısına vaxtlı-vaxtında qalmalı, xüsusilə isə ehtiyac duyulduqda bu orqanın təmizlənməsi ilə bağlı tədbirlər həyata keçirilməlidir.

Manevr.az medicina.az-a istinadən xalq təbabəti vasitələri ilə böyrəklərin təmizlənməsi haqqında yazını təqdim edir.

Hansı hallarda böyrəklərin təmizlənməsinə ehtiyac yaranır və hansı əlamətlər bu haqda xəbərdarlıq edir?

1. Gözlərin altında şişlər yarandıqda;

2. Baş ağrıları;

3. Soyuq tər ifrazı ilə müşayİət olunan zəiflik;

4. Ayaqlarda ağırlıq;

5. Sidik bulanıq və tutqun olduqda;

6. Ümumi fəaliyyətsizlik müşahidə edildikdə;

7. Üşütmə və temperaturun yüksəlməsi.

Bu əlamətlər böyrəklərin fəaliyyətindəki problemlərə işarədir və deməli, böyrəklərin təmizlənməsi vacibdir. Ancaq bu da nəzərə alınmalıdır ki, yuxarıda göstərilən əlamətlərin digər xəstəliklərlə də bağlılığı ola bilər. Bunu daha dəqiq müəyyənləşdirmək üçün həkim müayinəsinə mütləq ehtiyac var.
Xalq təbabətində böyrəklərin təmizlənməsi ilə bağlı bir çox üsullar var.

2 xörək qaşığı itburnu doğranılır, üzərinə 1 stəkan su əlavə edilir və bütün gecəni açıq havada saxlanılır. Səhərisi gün qaynadılır və 15 dəqiqə dəmə qoyulur. Bundan sonra soyudulur və süzülür. Gündə 5 dəfə 50 qram qəbul edilir. Kursun müddəti 10 gündür. Bu dəmləmə böyrəklərdə olan daşları parçalamağa kömək edir, ən xırda qumları belə sidik vasitəsi ilə xaric edir.

Daha bir üsul - 1 stəkan qırmızı çüğündur şirəsi, 1 stəkan qara turpun şirəsi və eyni miqdarda araq qarışdırılır, 3 gün qaranlıq yedə otaq temperaturunda saxlanılır. Gün ərzində 3 dəfə 1 xörək qaşığı yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir.

Böyrəklərin təmizlənməsi üçün digər bir vasitə - 1 ədəd xiyar, yarım limon, 4 saplaq kərəviz, 3 saplaq cəfəri 100 qram suda üyüdücü (blender) vasitəsi ilə qarışdırılır və qəbul edilir. Kursun müddəti 14 gündür.

Böyrəklərin təmizlənməsi orqanizmə necə təsir edir?

Orqanizmdə olan artıq maye asanlıqla xaric olunur, ürəyin fəaliyyəti normallaşır, qan dövranı yaxşılaşır, maddələr mabadiləsi tənzimlənir, piylənmə problemi azalır, qan təzyiqi normaya düşür, görmə qabiliyyəti bu təmizlənmədən faydalanır, ümumilikdə orqanizmin normal fəaliyyətinə mane olan problemlər aradan qalxır.

Böyrəklərin təmizlənmə prosedurunu həyata keçirməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Çünki böyrəklər də digər orqanlar kimi özfəaliyyət müalicəsini sevmir.








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar