Sizin Reklam Burada
Xəbər lenti
18 sentyabr
17 sentyabr
BÜTÜN XƏBƏRLƏR

Masaj ən qədim şəfa üsullarından biridir

Tarix: 12-09-2019 22:41     Baxış: 332 A- / A+
Masaj ən qədim şəfa üsullarından biridir

Masaj bəlkə də ən qədim şəfa üsuludur və tarix boyu bütün mədəniyyətlərdə ondan istifadə edilib. Yunan alimi Hippokratın "anatrpsis" adlandırdığı bu üsul sonralar ovuşdurma, əllə müalicə və ovma adlandırılıb. Dilimizdə masaj sözü nisbətən yenidir və ərəbcədən tərcümədə "əllə sığallamaq" mənası verir.

Qədim Çin, Hindistan və Misir əlyazmalarında masajdan xəstəliklərin qarşısını almaq, sağaltmaq və yaraları yaxşılaşdırmaq məqsədilə istifadə edildiyi öz əksini tapıb. Roma həkimi masaj və məşqlə əlaqədar ən azı on kitab yazıb və onun bir sıra fikirləri indi də öz əhəmiyyətini itirməyib. XVIII və XIX əsrlərdə isveçli Per Henrik Lingin təsiri ilə Avropada masaja rəğbət artıb və onun masaj sistemi Avropa səviyyəsində yayılıb. Ling tibbi gimnastika və masaja böyük əhəmiyyət verib.

Hindistanda analar uşaqlarını masaj edər və sonra da onlardan eyni hərəkətləri valideynləri üzərində təkrar etməsini tələb edərdilər. XIX əsrin axırlarında masajdan məşhur tibbi müalicə üsulu kimi cərrah və həkimlər tez-tez istifadə etməyə başlayıblar. 1894-cü ildə Londonda səkkiz qadının təşəbbüsü ilə Təhsilli Masajçı Dərnəyi yaradılıb və onlar Fiziki Müalicə Dərnəyi adlanan şəfa mərkəzinin qurucuları hesab olunurlar.

Ölkəmizdə masajın özünəməxsus tarixçəsi var, hələ keçmişdə hamamlarda kisə çəkməklə badəni yumşaldır və soyuqdəymə zamanı kürəyi ovmaq və ayaqlamaqla xəstəliyin qarşısını alardılar. O vaxt kortəbii şəkildə aparılan masaj müasir dövrdə daha geniş yayılıb.

Masaj sağlamlığa faydalı təsir göstərir, qan dövranını nizamlayır, əzələləri boşaldır, həzmə kömək edir. Onun faydası yalnız masaj edilən tərəfindən deyil, həm də masajçı tərəfindən də hiss olunur. Əlləri bədən üzərində gəzdirmək həm masaj edən, həm də edilən üçün rahatlaşdırıcı təsir göstərir.

Təbabətdə iki cür masaj aparılır: yüngül və güclü masaj. Yüngül masajın təsiri nəticəsində beyin qabığında tormozlayıcı proseslər qüvvətləndiyindən əməliyyatdan sonra yatmaq meyli oyanır. Güclü masaj nəticəsində isə dəridə hissi sinirlərin oyanması zəifləyir və bir sıra xəstəliklərdə ağrıların azalmasına və tamamilə çəkilməsinə səbəb olur. Yerli və reflektor təsirlər nəticəsində masaj qan və limfa dövranını sürətləndirir, orqanizmin möhkəmlənməsinə səbəb olur.Azərtac


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar