Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Polip nədir, xərçəngə çevrilirmi? - Əməliyyat, yoxsa müalicə?

Tarix: 02-09-2019 22:14     Baxış: 4279 A- / A+
Polip nədir, xərçəngə çevrilirmi? - Əməliyyat, yoxsa müalicə?


Polip qədim yunan dilindən poly sözündən götürülüb, ayaq deməkdir.

Müxtəlif orqanların toxuma, selikli qişasında yaranan, sanki bir və ya bir neçə ayağı ilə qişaya, toxumaya bərk yapışmış bir anomal törəmədir.

Poliplər boğaz, burun, qırtlaq, bağırsaq, mədə, sidik kisəsi, öd, uşaqlıqda rast gəlinir.

Bir insanda çox sayda poliplərin yaranmasına meyillilik polipoz adlanır.

Manevr.az medicina.az-a istinadən bildirir ki, son 3 ildə Azərbaycanda polip diaqnozu, hər müayinədə polip axtarışı və insanlarda bu törəməyə çox rast gəlməsi polipin niyə yaranması və necə müalicə olunması məsələsini aktuallaşdırıb və bu mövzuda yanlış istiqamətlər çoxdur.

Polipin forması və xarakteristikasına görə növü çoxdur.

Yaranma səbəbləri isə müxtəlifdir. Elə polip var iltihabi prosesdən yaranır, elə polip var allergikdir. bəzənsə toksinləşmədən formalaşır. Qadınlarda çoxsaylı abortlar, hormonal fonun pozulmasından baş verir.

90 % hallarda polip xoşxassəli olur, elə də ciddi təhlükəsi olmur.

10-15% hallarda bədxassəliyə çevrilər bilər, daha çox böyümüş poliplər təhlükəlidir. Ona görə polip aşkarlanıbsa, xəstə mütləq ildə 1 dəfə yoxlanmalı, polipi nəzarətdə saxlamalı, əgər şübhəli məqam və sürətli böyümə varsa, o zaman əməliyyatla xaric edilməlidir.

Diaqnoz və müalicə


Poliplər USM, rentgen, endoskopiya, kolonoskopiya və ya hər hansı orqanda əməliyyat zamanı görülə bilər.

Poliplər daha çox yoğun bağırsaqda, öddə olduqda həkimi təcili addım atmağa məcbur edir.

Polipin dərman müalicəsi yoxdur, yalnız ölçülər böyük və yerləşməsi təhlükəli olduqda endoskopik yolla çıxarılır.

Polipi olan insanlar isti sauna, gündə qaralma, bir sıra fizioterapiya, vitamin terapiyadan uzaq durmalıdır və mütləq bu prosedurlarda həkiminə polipinin olmasını bildirməlidir.

Poliplər nadir halda hansısa simptomla özünü göstərir, ağrı vermir.

Polip əməliyyatla xaric edildikdən sonra, mütləq histoloji müayinəyə göndərilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar